Qeybətin 5 zəminəsi və 10 əsli
Mьəllif: admin1
Tarix: 25-10-2019, 09:26
Qeybətin 5 zəminəsi və 10 əsli
Hər bir işi görmək üçün zəminə lazımdır. Qeybətin zəminələri çoxdur. Qeybət etmək böyük günahlardandır ki, insanın axirətini yandırar. Qeybətin zəminələrini tanıyaraq ki, bu böyük günahdan çəkinməyə çalışaq.

1. Qəzəbimizi müalicə edək. İnsan başqasına hansısa amilə görə qəzəblənərsə, qəzəbini yatızdırmaq üçün onun qeybətini edər və onun haqqında pis sözlər deyər. Bəzən də insan bu qəzəbini büruzə verməz və kinə çevrilər. Kinli insan qarşı tərəfin qeybətini etməyə həmişə həvəsli olar. Ona görə deyə bilərik ki, həm qəzəb və həm də kin qeybət üçün zəminə olar.

2. Sui-zənn. Bəzən insan elə bilir ki, başqaları onun əleyhinə danışır və onun əleyhinə şəhadət verirlər. Qarşı tərəf sözünə başlamazdan əvvəl, o, həmin insanın qeybətini edər. Ya da həmin insan haqqında əvvəl düz məlumat verər və sonra da onu yalana bağlayar.

3. Lovğalanmaq məqsədilə başqalarının qeybətini etmək. Başqalarının etibarını alçaltmaq məqsədilə qeybət edər ki, özünü onlardan daha böyük göstərsin.

4. Həsəd aparmaq. O zaman ki, insan həsəd aparan olar, başqalarının hörmət etdiyi insanın qeybətini etməyə həvəsli olar ki, onu alçaltsın. Onun abrını aparar ki, başqaları bir daha ona hörmət etməsinlər.

5. Başqalarını təhqir etmək niyyətilə. İnsan bəzən başqalarını təhqir etmək üçün onlara rişxənd edər. Bu əməli bəzən onun yanında olan və bəzən də yanında olmayan zaman edər. Bu da təkəbbürdən qaynaqlanar.

İmam Sadiq (ə) buyurur: “Qeybətin əsli 10 növdür:

1. Şiddətli qəzəb.
2. Bir dəstə ilə dostluq etmək. (Yəni, insan özünü həmin dəstədən hesab etdiyi üçün etdiyi qeybətlərə razı olar).
3. Töhmət vurmaq.
4. Xəbəri təhqiq etmədən təsdiq etmək.
5. Sui-zənn.
6. Həsəd.
7. Rişxənd.
8. Heyrətlənmək.
9. Kədərlənmək.
10. Özünü bəzəmək”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930