Möminin niyyəti, onun əməlindən üstündür
Həzrət Peyğəmbər (s) buyurur: "Dünya möminin zindanı və kafirin behiştidir”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Dua - möminin silahıdır”. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin niyyəti möminin əməlindən üstündür”. İmam Əli (ə) buyurur: "Hikmət - möminin itmişidir”. Rəsulallah (s) buyurur: "Namaz - möminin nurudur”. İmam Əli (ə) buyurur: "Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin nicatı - dilini saxlamasındadır”. İmam Sadiq (ə) buyurur: "Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin şərəfi - gecə oyaq qalmasındadır”. İmam Əli (ə) buyurur: "Mömin düz danışan və ayıq ürəklidir”. İmam Səccad (ə) buyurur: "Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir”. İmam Muhəmməd Təqi (ə) buyurur: "Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir”. (Deyerler.org) Oxşar xəbərlər
|