“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir
Mьəllif: admin1
Tarix: 10-06-2023, 12:02
“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir

“Səcdə” surəsi Quranın 32-ci surəsidir. Məkkədə nazil olub və 30 ayəsi vardır.

Bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim “Səcdə” surəsini qiraət edər, ona bənzəyir ki, Qədr gecəsini əhya saxlamışdır”.

İmam Sadiq (ə) buyurur: “Hər kim cümə gecəsində “Səcdə” surəsini oxuyarsa, Allah Təala Qiyamət günü əməl dəftərini sağ əlinə verər.

Onu hesaba çəkməz. Onu Peyğəmbərin (s) və Əhli-beytinin (ə) yoldaşlarından qərar verər”.

Həzrət Peyğəmbər (s) hər gecə yatmazdan əvvəl “Səcdə” surəsini oxuyardı. Bu surədən “Mülk” surəsinə qədər oxumadan, yuxuya getməzdi.

Hədislər buyurur ki, bu surəni hər gecə oxumaq şeytandan amanda olmağa və Qiyamət günü dərəcəsinin artmasına səbəb olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Səcdə” surəsini yazar və özü ilə gəzdirər, hərarət, baş və əzələ ağrılarından amanda olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930