İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün 11 hüccəti
Mьəllif: admin1
Tarix: 4-10-2021, 11:11
İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün 11 hüccəti

Dünya yaranan gündən bu dünyaya 124 min peyğəmbər gəlmişdir. Bu peyğəmbərlər içərisində Allah Təala bəzilərini bəzilərindən üstün qərar vermişdir.

İslam Peyğəmbəri (s) isə bütün peyğəmbərlərdən (ə) üstündür. İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün hüccətlərə nəzər salaq:

1. Birinci hüccət. Allah Təala buyurur: “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107).

Əgər bütün aləmdəkilər üçün rəhmətdirsə, deməli bütün aləmdə olanlardan üstündür.

2. İkinci hüccət. Allah Təala buyurur: “Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə Yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan)”. (“Şərh” 4).

Allah Təala Həzrət Muhəmmədi (s) yada salmağı şəhadətlərdə, azanda və təşəhhüddə Öz adına yaxın qərar verir, halbuki başqa peyğəmbərlər bu cür deyildir.

3. Üçüncü hüccət. Allah Təala Rəsuli-Əkrəmə (s) itaət etməyi Özünə itaət etməyə yaxın qərar vermişdir. “Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib”. (“Nisa” 80).

Öz beyətini onun beyətinə yaxın qərar vermişdir. “Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər”. (“Fəth” 10).

4. Dördüncü hüccət. Həzrət Peyğəmbərin (s) möcüzəsi başqa peyğəmbərlərin möcüzəsindən daha üstündür. Ona görə də Peyğəmbəri-Əkrəm (s) başqa peyğəmbərlərdən üstündür.

5. Beşinci hüccət. Həzrət Peyğəmbərin (s) ən böyük möcüzəsi – Qurani-Kərimdir və o, hərflərdən və səslərdən ibarətdir. Bu hərf və sözlər qalıcı möcüzədir.

Allah Peyğəmbərin (s) möcüzəsini əbədi olaraq qalıcı qərar vermişdir, lakin o biri peyğəmbərlərin möcüzəsi fanidir və aradan getmişdir.

6. Altıncı hüccət. Allah Təala peyğəmbərlərindən danışandan sonra İslam Peyğəmbərinə (s) buyurur: “Biz səni onların hallarından agah etdik və sən onların ən gözəllərini və ən yaxşılarını seç. Onların hamısında onlara iqtida et”.

Bu, o deməkdir ki, İslam Peyğəmbərində (s) bütün İlahi peyğəmbərlərin xüsusiyyətləri cəm olmuşdur və ona görə də İslam Peyğəmbəri (s) daha üstündür.

7. Yeddinci hüccət. Allah Təala buyurur: “Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonunadək) qoruyan və (salehlərə)müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik”. (“Səba” 28).

İslam Peyğəmbəri (s) bütün dünya üçün məbus olmuşdur və ona görə də onun əziyyəti başqalarından daha çox olmuşdur. Bu da o deməkdir ki, o, daha üstündür.

8. Səkkizinci hüccət. Həzrət Peyğəmbərin (s) dini daha üstün bir dindir. Ona görə də o, ən üstün peyğəmbərdir. Bu din daha kamil və daha fazil olduğu üçün savabı da çoxdur.

9. Doqquzuncü hüccət. Həzrət Peyğəmbərin (s) ümməti ən üstün ümmət kimi tanıdılmışdır. Ona görə də bu ümmətin Peyğəmbəri də üstün Peyğəmbərdir.

10. Onuncü hüccət. Peyğəmbər (s) bütün peyğəmbərlərin xatəmidir. O, hamıdan üstün olduğu üçün xatəmdir.

11. On birinci hüccət. Peyğəmbərlərin bir-birindən üstün olmasının bir çox amilləri vardır ki, onlardan biri də möcüzələrinin sayının çox olmasıdır. İslam Peyğəmbəri (s) həyatı boyu üç mindən çox möcüzə göstərmişdir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930