Qiyamət günü şeytan deyər: Mənim sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi...
Mьəllif: admin1
Tarix: 7-12-2024, 12:01
Qiyamət günü şeytan deyər: Mənim sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi...
Qiyamət günü əliboş olanlar şeytandan yardım diləyərlər və şeytan onlara deyər: “(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi).

Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz.

Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz.

Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” surəsi, 22-ci ayə).
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930