Allah Təala rəngləri canlılar ilə cansızların arasında olan müştərək sifət kimi tanıtmışdır
Bəşər aləmi yaradıldığı gündən iki amilin təsiri altında olmuşdur: gecə və gündüzün. Gecə qaranlığı düşən kimi insan özünü mənzilinə çatdırır və istirahət edir. Elə ki, günəş çıxır və hər yer nura boyanır – insan səy və fəaliyyət üçün mənzilindən bayıra çıxır. Bu fenomenlərin insana təsiri onu göstərir ki, insan rənglərdən təsirlənə bilir. O zaman ki, mavi səma üzərinə qaranlıq rəng çəkilir, istirahət etmək üçün ayrılır. Səhər günəş doğan kimi sarı rəng insana güc verir və insanı fəaliyyət üçün hazırlayır. Ona görə də rənglərin insana təsiri onun xilqətində mövcuddur. (Tebyan) Allah Təala rəngləri canlılar ilə cansızların arasında olan müştərək sifət kimi göstərmişdir. “Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (Yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq)”. (“Fatir” 27). Allah Təala bu ayədə canlılar və cansızların rəgnlərinə işarə edərək, insanın diqqətini tövhidə tərəf cəlb edir. İnsan bu yolla dərk etsin ki, necə rəngsiz bir sudan yüz minlərlə rəng meydana gələ bilir. Quranda bütün rənglər arasında yaşıl rəng behişt əhlinin paltarının rəngi kimi göstərilmişdir. “Yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər”. (“Kəhf” 31). Əgər su həyat mənbəyidirsə, yaşıl rəng də təravətin və həyatın nişanəsidir. Çünki təbiət bu rənglə həyat libası geyinər. Allah bu möcüzələri gözəl bir şəkildə təsvir etmişdir. “Biz hər bir canlı varlığı sudan yaratdıq”. (“Ənbiya” 30). “Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq”. (“Ənam” 99). Yaşıl rəng – təbiət bitkilərinin rəngidir. Allah onları şadlıq nişanəsi kimi tanıtmışdır. “Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi!”. (“Nəml” 60). İmam Sadiq (ə) yaşıl rəng haqqında buyurur: “Üç şey qəm və qüssəni aradan aparar: 1. Su. 2. Yaşıl rəng. 3. Xoş üz”. /Deyerler.org/ Oxşar xəbərlər
|