Nəfslərinə itaət edən alimlər Qurani-Kərimdə kimə bənzədilmişdir?
Mьəllif: admin1
Tarix: 24-02-2019, 10:36
Nəfslərinə itaət edən alimlər Qurani-Kərimdə kimə bənzədilmişdir?

“Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq.

Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək, yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu.

Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər”.
(“Əraf” 175-176).


Bu ayə o alimlərə aiddir ki, Allah onlara elmin qapısını açmış və rəhmətini nazil etmişdir. Onlar İlahi elmdən bəhrələnmişdilər. Allah onların inkişaf etməsi üçün ixtiyarlarına gözəl fürsətlər qoymuşdur. O yerə qədər ki, Allah ayələri bədənin dərisinə bənzəyir ki, sanki onu əhatə edir. Lakin bu xəbis alimlər həmin dəridən çıxıb, izzətdən zillətə düşmüşdülər. Halbuki, bu dəri onu möhkəm qala kimi hər bir pislikdən qoruyurdu. Şeytan (lən) bu alimlərə tamah salıb, onları öz çətrinin altına yığır.

Bu alimlərdən biri də Bələm Baura olmuşdur.

İmam Baqir (ə) onun haqqında buyurur: “Bu ayə əslində Bələm Baura haqqında nazil olmuşdur. Sonra Allah onu misal kimi ümmətin o kəsləri barəsində ki, nəfslərinə itaəti Allah pərəstliyindən və İlahi hidayətdən üstün bilmişdilər, təqdim etmişdir”.

Tarixə nəzər salan zaman görmək olur ki, çox sayda din alimi olmuşdur ki, hidayət olandan və haqq yolunu tanıyandan sonra yollarını azmış və şeytanın (lən) əsiri olmuşdular. Əldə etdikləri İlahi elmi şeytana qulluq etmək yolunda istifadə etmişdilər.

“Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir.

Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir). Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır”.
(“Nur” 40).

Dərin və dalğalı bir dənizi gözünüzün önünə gətirin. Günəşin nuru ki, ən güclü nurlardandır müəyyən həddə qədər bu dənizə nüfuz edə bilir. Ancaq dərinliyi o qədər çoxdur ki, ora qaranlıq və zülmətlidir. Orada nur mövcud deyildir.

Əgər dəniz dalğasız və təlatümsüz olarsa, nur daha çox dərinliyə nüfuz edə bilərdi. Bir tərəfdən nurun olmaması, bir tərəfdən buludun saldığı qaranlıq və o biri tərəfdən dənizin təlatümü bir-birinin üzərində qərar tutub, zülməti daha da qatı edir. Bu zülmətdə heç nəyi görmək mümkün deyildir. İnsan əlini gözünün önünə gətirsə, onu görməz.

İman nurundan məhrum olan kafirlər, belə bir zülmətdə qərar tutan insanlardırlar. Əksinə, möminlər nur üstünə nurdurlar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930