Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...”
Mьəllif: admin1
Tarix: 16-04-2022, 11:28
Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...”

Mərhum Kuleyni, Şeyx Tusi və Təbərisinin Zuhridən nəql etdikləri hədisin məzmununda bildirilir: "Uzun zaman idi ki, həzrət Mehdini görmək istəyirdim. Çox əməllər görsəm də buna nail ola bilmirdim.

Nəhayət imamın xas naiblərindən biri olan Muhəmməd bin Osmanın yanına gedərək ondan məni imamın hüzuruna aparmasını xahiş etdim. İlk öncə qəbul etməsə də, sonra israrım nəticəsində buna razı oldu və sabah sübh vaxtı gəlməyimi bildirdi. Sübh vaxtı yanına gəldiyim zaman onun yanında gözəl və xoş ətirli birini gördüm.

Muhəmməd bin Osman ondan suallarımı soruşmağımı istədi. Mən ondan lazım olan sualları soruşduqdan sonra cavan getməyə başladı. Muhəmməd bin Osman onu bir daha görməyəcəyimi dedi. Mən ondan yenidən sual soruşmaq istəsəm də, dinləmədi və buyurdu:

"Şam namazını ulduzlar görünənə qədər təxirə salan lənətlənmişdir, lənətlənmiş. Həmçinin, sübh namazını da ulduzlar itənə qədər təxirə salan lənətlənmişdir, lənətlənmiş.” (Əl-Ğeybətil Tusi, kitabul ğeybə lil Höccəh, s 271)

Sübh namazının önəmi hamıya bəllidir. Lakin bütün bunlara baxmayaraq möminlər tərəfindən ən çox qəzaya verilən namaz da məhz bu namazdır. Bəs necə edək ki, bu namazı qəzaya verməyək?

Cavabı zəmanəsinin misilsiz alim və arifi olan Ayətullah Behcətdən eşidək: "Sübh namazının qəzaya getməsini istəmirsənsə digər namazlarını zamanında qıl. Bu cür etsən Allah səni özü sübh namazına oyadacaqdır.”
(islamazeri.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930