İslam dininə görə, ağıllı insan belə olmalıdır
Məhəmməd peyğəmbər (s) ağıllı insanı belə təsvir edib.
Ağıl və ağıllı dedikdə dünyəvi məsələlərdə zirəng tərpənib, nəyisə vaxtında əldə edənlər yada düşür. Hazırki dövrdə ağıllı adam obrazı müəyyən məişət, iqtisadi yaxud da inzibati məsələlərdə idarəçiliyi bacaran insanlara deyilir. Aramızda ağıllı obrazını hiyləgərlik, dələduzluq, yalançılıq, məkr və digər mənfi xislətlərdə görənlər də az deyildir və hətta demək olar ki bu tipləri çoxluq təşkil edir. Bəs ağıllı insan islam prinsiplərinə əsasən necə olur? İlk öncə demək lazımdir ki, islam dinində xüsusilədə Əhli-Beyt məktəbinin ümumi bir prinsipinə əsasən, ağla batmayan məsələ şəriətdə də məqbul sayılmır. “ Ağlın hökm etdiyi (qəbul etdiyi) məsələyə şəriət də hökm edər”. İslamın bu qaydasını nəzərə alıb, əsas tutaraq, öz mövzumuza (İslam dinində ağıllı adam kimə deyilir) qayıdaq. İslam dinini prinsiplərinə əsasən ağıllı adam uzaq görən olmalıdır. O, o qədər uzaq görən olmalıdır ki, bu dünyaya gəlişinin səbəbini anlasın və baş düşsün kimi 70 il ömür sürəcəyi dünya müvəqqətidir , başa düşsün və anlasın ki tədarükü müvəqqəti qalacağı yer üçün deyil, əbədi qalacağı yer üçün görməlidir. Məhəmməd peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli bil ki, ağıl insana verilib ki onunla cənnəti və Allahın razılığını əldə etsin”. Digər bir hədisdə hz Əli buyurub: Ey insan bil ki sənin qiymətin cənnətdir, özünü ondan ucuza satma”. İslaminSesi.org Oxşar xəbərlər
|