Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
Dini mənbələrdə dua və onun qəbul olma şərtləri üçün göstərişlər gəlibdir. Bu göstərişlərdən əlavə bəzi yerlər və vaxtların məxsus xasiyyətləri olduğu üçün onlarda Allahdan istəmək dua etməyə daha çox təkid olunubdur.
Dua oxunması tövsiyə olunan vaxtlardan biri də yağış yağan zamandır. Quran ayələri və rəvayətlərdən istifadə olunan xəbərlərə əsasən yağışın, Allahın rəhmət nişanəsindən olması üçün sübut olunur. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. Bu barədə olan ayə və rəvayətlərdən bəzisinə işarə edirik: Bu mətləbə işarə edən ayələrdən: "وَ هُوَ الَّذِي أَرْسَلَ الرِّياحَ بُشْراً بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَ أَنْزَلْنا مِنَ السَّماءِ ماءً طَهُورا " Allah o kəsdir ki, küləkləri rəhmətdən (yağışdan) qabaq bəşarət üçün göndərdi və asimandan pak edən su endirdik.[1] Bu ayənin təfsirində İmam Sadiq (ə) atalarından nəql etdiyi bir rəvayətlə buyurur: Əli (ə), hər il birinci dəfə yağan yağışın altında durardı və o Həzrətin (ə) başı, saqqalı və paltarı islanardı. Elə ki, o Həzrətdən (ə) islanmaması üçün tavanı olan yerə getməsini istəyəndə, buyurdu: Bu, Allahın ərşinə yaxın olan sudur...[2] " وَ مِنْ آياتِهِ أَنْ يُرْسِلَ الرِّياحَ مُبَشِّراتٍ وَ لِيُذيقَكُمْ مِنْ رَحْمَتِهِ" Onun (Allahın) nişanələrindəndir ki, sizlərə öz rəhmətindən dadızdırmaq üçün küləkləri müjdə olaraq göndərir.[3] Müfəssirlər (təfsir alimləri) bu ayədəki "mübəşşirat" kəlməsini yağışın yağmasına təfsir ediblər.[4] Amma bu barədə olan rəvayətlər: İmam Sadiq (ə) buyurub: "Dörd vaxt dua etməyə tələsin: Külək əsəndə, günorta azanı vaxtı, yağış yağanda və şəhidin qanından birinci damcı (qətrə) düşən zaman. Çünki bu vaxtlarda asimanın qapıları açılar." [5] İmam Sadiq (ə) Əmirəl-möminindən nəql edir: "Duanı dörd yerdə qənimət bilin. Quran oxuyanda, azan deyiləndə, yağış yağanda və iki qoşun cihad üçün üzbəüz olanda." [6] İmam Əli (ə) buyurub: "Dua etməyi beş vaxtda qənimət sayın: Quran oxuyan zaman, azan vaxtı, yağış yağanda şəhadət üçün iki cərgə hazır olanda və məzlum dua edən vaxt. Bu vaxtlarda hicab (pərdə) ərşdən götürülər". [7] İmam Sadiq (ə) buyurub: "Əmirəl-möminin (ə) dostlarına buyuruğu təlimatların əsasında buyurub: Asimanın qapıları beş vaxt açılar. Yağış yağan zaman, düşmənlərlə cihad vaxtı, azan deyiləndə, Quran oxunanda və günortanın əvvəl vaxtı, sübh açılanda." [8] İmam Sadiq (ə) buyurub: "Üç vaxt duanın qəbul olması üçün Allah- Taala tərəfindən mane və hicab yoxdur: Vacib namazdan sonra dua etmək, yağış yağan zaman və təbiət və adətin əksinə olaraq Allahın qüdrət nşanələrindənbirinin yer üzərində zahir olması vaxtı." [9] Duanın necəliyi və onun şəraitindən xəbərdar olmaq üçün aşağıdakı göstəriciləri mütaliə edin: Duanın qəti olaraq qəbul olma şərtləri, sual 12656 (sayt: 12535). Duanın fəlsəfəsi, sual: 8961 (sayt: 9037). [1] - Əl- furqan surəsi, ayə 48. [2] - Bəhrani, seyid Haşim, əl- bohran fi təfsiril- Quran, cild 3, səh 337, Besət fondu, Tehran, 1416 hicri qəməri. [3] - Ər- rum surəsi, ayə 46. [4] - Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, cild 8, səh 483, Nasir Xosrov nəşriyyatı, Tehran, 1372 hicri şəmsi. [5] - Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, cild 2, səh 476, Darul- kotobil- İslamiyyə, Tehran, 1365 hicri şəmsi. [6] - Həmin, səh 477. [7] - Şeyx Səduq, Əl- amali, səh 110, İslamiyyə kitabxanasının nəşriyyatı, 1362, hicri şəmsi. [8] - Şeyx Səduq, əl- xisal, cild 1, səh 303, Cameye müdərrisin nəşriyyatı, Qum, 1403 hicri qəməri. [9] - Şeyx Tusi, Əl- amali, səh 280, Darus- səqafə, nəşriyyatı, Qum, 1414 hicri qəməri. Oxşar xəbərlər
|