Pul nə üçün insanı xoşbəxt etmir?
Əslində kiçik şeylərlə də xoşbəxt olmaq mümkündür
Həyat daim bizim istədiklərimizi verməz. Sanki enişli-yoxuşlu yoldayıq. Gah hər şey istədiyimiz kimi olar, gah da həyat bizi öz kədəri ilə yorar. Xoşbəxt həyatı şöhrətdə və pulda axtaranlara elə gözümüzün qarşısında olan hadisələri misal çəkə bilərik. Uitni Hyuston - 415-dən yuxarı mükafat almış bu qadın müğənni qaldığı oteldə ölü tapıldı. Onun nəyi əskik idi ki?! Şöhrəti, pulu və çox sevdiyi qızı. Lakin bunların heç biri onu narkotika və içki asılılığından uzaqlaşdıra bilməmişdi. Hyuston kimi tale yaşayan nə qədər insan olub və yenə olacaq. Pulun və şan-şöhrətin insana xoşbəxtlik gətirmədiyini deyərik, amma yenə o məşhur insanlar haqqında verlişləri izləyər, onlar haqqında dedi-qodulara qulaq asarıq. O bahalı paltarlar geyinmiş insanların bahalı maşınlarında maskalanmış üzlərini xoşbəxtlik olaraq qəbul edərik. Puldan danışıb onun mənasız olduğunu kiməsə söyləsək əgər, bir çox insan bunu təsəlli olaraq qəbul edər və hətta dönüb bizə bunun həqiqət olmadığına da söyləyərlər. Pulun insana xoşbəxtlik gətirmədiyini elmi yolla araşdıran ilk elm adamı Kaliforniya universitetinin iqtisadçısı Riçard İsterlinq olmuşdur. O, İkinci Dünya müharibəsindən 1970-ci illərin əvvəllərinə qədər amerikalıların iqtisadiyyatla həyat tərzləri arasındakı nisbəti araşdırıb. O araşdırmalarında müəyyən edib ki, adambaşına düşən gəlirin dörd qat artmasına baxmayaraq amerikalıların xoşbəxtlik halı bununla uzlaşmır. Bu cür tədqiqatlar inkişaf etmiş digər ölkələrdə aparılmış və eyni nəticə alınmışdı. Elm adamları pulun xoşbəxtlik üzərində təsirinin az olmasını iki səbəblə izah edirlər. Birincisi: İnsanların dəyişən şərtlərə həddindən artıq tez uyğunlaşması və xoşbəxtliyin maddi olması. Məsələn: qaranlıqdan işığa çıxarkən əvvəl gözümüz qamaşsa da sonra buna alışarıq. Ya da bir otaqda olarkən oradan bir qoxu gəldiyini fərq etsək də sonra bunu olduğunu unudarıq. Pul və zənginlik də həyatımızı ilk vaxtlar dəyişsə də zaman keçdikcə buna alışarıq. Xoşbəxtliyin sirləri nədir bəs? Əgər pul ilə insanlar insanlar xoşbəxt ola bilmirlərsə bəs xoşbəxtlik hardadır? Alimlər müəyyənləşdiriblər ki, xoşbəxtlik hissi genetikdir. Onun əlli faizi bizə genetik keçir, on faizini həyat tərzimiz, yerdə qalanını isə davranış tərzlərimiz müəyyənləşdirir. Xoşbəxt insanları araşdırarkən bu xüsusiyyətlərlə qarşılaşan alimlər onları aşağıdakı kimi təsnif ediblər. - Xoşbəxt insanlar dostlarına və sevdiklərinə kifayət qədər vaxt ayırır və o vaxtdan zövq alırlar. - Sahib olduqları şeylər üçün minnətdarlıq hissi duyurlar. - Birlikdə işlədiyi və ya yoldan keçən birinə ehtiyac olduqda ilk onlar yardım edirlər. - Həyatdan zövq alırlar və gələcəyə ümidlə baxırlar. - Onlar da digər insanlar kimi stress yaşayır, lakin bunun öhdəsindən soyuqqanlıqla gələ bilirlər. Buradan belə nəticə çıxarmaq mümkündür ki, xoşbəxt olmaq üçün həyat tərzimizin zənginlərin həyat tərzi kim olmağı lazım deyil. Kiçik şeylərlə də xoşbəxt olmaq mümkündür. Oxşar xəbərlər
|