ĞƏYYURLUQ OLMAYANDA NƏ BAŞ VERİR?
Mьəllif: admin1
Tarix: 24-04-2018, 21:43
ĞƏYYURLUQ OLMAYANDA NƏ BAŞ VERİR?

Qəlb xəstəlikləri – müasir dövrün ən aktual problemlərindən biridir. Çox təəsüf ki, onu müalicə də etmək istəmirlər. Çünki əlamətlərinin nə olduğundan belə xəbərləri yoxdur. Ona görə bu xəstəlik artıq onları ölümə sürükləyəndə, onun müalicəsi haqqında düşünməyə başlayırlar ki, bunun da artıq faydası yoxdur.

Qəlb xəstəliklərinin içində eləsi də var ki, ona mübtəla olanlar bir çox şeylərə qarşı həssaslıqlarını itirirlər. Oda yaxınlaşanda belə onu hiss etmirlər.

Psixoloji cəhətdən də problemləri vardır. Min oyundan çıxırlar, hətta intihar da edirlər. Onlar üçün mühüm deyildir ki, özlərinin, arvad-uşaqlarının başına nə gələcəkdir. Bu cür qəlb şübhəsiz ki, alt-üst olmuşdur. Görəsən bu cür qəlbə nə nicat verər? Əxlaqda bu xəstəliyə qeyrətsizlik deyilir.

Hədislərimizdə qeyrətə xüsusi əhəmiyyət verilmişdir. Hətta Allah “Qeyrəti çox olan” adlandırılmışdır.

İmam Sadiq (ə) buyurur: “Allah Ğəyyurdur və hər bir ğəyyuru sevir”.

Həzrət (ə) başqa yerdə buyurur: “Əgər insanın qeyrəti olmazsa, qəlb və fikri alt-üst olar”.

Əllamə Məclisinin dediyinə görə, burada alt-üst olmuş qəlb dedikdə, devrilmiş qab nəzərdə tutulur ki, içində heç bir şey qalmır. O insanın ki, qeyrəti yoxdur - qəlbi insani və əxlaqi sifətlərdən uzaqdır.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki: “Atam İbrahim ğəyyur bir insan idi. Mən ondan da ğəyyuram. Allah qeyrəti olmayan möminin burnunu torpağa sürtər”. Həzrət (s) başqa yerdə buyurur: “Qeyrət - imandandır”.

Çünki iman insanı dinini, ölkəsini, namusunu hifz etməyə dəvət edir. O kəs ki, bu saydıqlarımızı qorumaz, deməli qeyrəti yoxdur. Deməli imanı da yoxdur.

İmam Əli (ə) buyurur: “İnsanın dəyəri - hümməti ölçüsündədir. Şücaəti - izzəti-nəfsinin və etinasızlığının (maddi dəyərlərər görə) səviyyəsinə görədir. İffəti isə qeyrətinin səviyyəsinə görədir”.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Bir qrup əsiri Peyğəmbəin (s) xidmətinə gətirirlər. (Əsirlər təhlükəli insanlar idilər). Rəsul onları qətl etməyi əmr edir. Onlardan ancaq birinin azad olmasını istəyir.

O, Peyğəmbərdən (s) soruşur: Niyə məni azad edirsən?

Buyurur: Cəbrayil (ə) mənə xəbər verdi ki, səndə beş xüsusiyyət vardır. Ona görə Allah və Peyğəmbəri (s) səni sevir: ailənə qarşı qeyrətli olmağını, səxavət, gözəl əxlaq, düz danışmaq və şücaətini”.

Kişi bu sözləri eşidən zaman İslamı qəbul edir və üstün möminlərdən olur. Peyğəmbərlə (s) bir yerdə iştirak etdiyi döyüşlərin birində şəhadət dərəcəsinə nail olur”.

İmam Əli (ə) buyurur: “Allah lənət etsin o kəsə ki, onun qeyrəti yoxdur”. Yuxarıda dediyimiz kimi qeyrət elə bir xüsusiyyətdir ki, insanı dinini, vətənini, namusunu qorumağa vadar edir.

Ümimiyyətlə hər cür müdafiə qeyrətdən sayılır. Baxmayaraq ki, bu sözü adətən namus haqqında işlədirlər, ancaq mənası genişdir. Əlbəttə bu xüsusiyyət də başqa xüsusiyyətlər kimi ifrat olunarsa, faydasından çox ziyanı dəyər.

Bəyənilmiş xüsusiyyətlərdəndir, ancaq ifrat olunarsa, məntiqsiz yerlərdə belə qeyrət göstərər və vasvasalıq edər.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Həzrət buyurur: “Qeyrətin bir növü vardır ki, Allah onu sevir. Bir növü də vardır ki, Allah onu sevmir. Allahın sevdiyi qeyrət o qeyrətdir ki, şübhəli məsələlərdə olur (çirkinliklərə bulaşmaq dəlili vardır). Ancaq Allahın sevmədiyi qeyrət o qeyrətdir ki, bundan əlavə şeylərdə olar. (Yəni, insan arvadını sui-zənn və şübhə ilə ittiham edər. Onun iffətinə görə vasvasalıq edər. Bu, çox çirkin və pis xüsusiyyətdir. İnsanı fəsada çəkər)”.

İmam Əlinin (ə) İmam Həsənə (ə) yazdığı məktubda deyilir: “Heç bir əlaqəsi olmayan qeyrətdən çəkin. Çünki bu cür qeyrət düzgün əməl sahibi olan insanı xəstəliklərə, çirkinliklərə düçar edər. Günahsız insanlar böhtan qarşısında qalarlar”.

Həqiqət budur ki, hər bir şeydə ifrat etmək bəyənilmir, xüsusilə də qeyrətdə. Çünki bu zaman insan yaxınlarına qarşı sui-zən edər. Onları əsassız və məntiqsiz sözlərlə ittiham edər.

Bu da insanı fəsada salar. Hər bir halda bu cür qeyrət İslam dinində haramdır. Ondan ciddi şəkildə çəkinmək lazımdır. Cahiliyyət dövrü haqqında belə deyirlər ki, qız övladlarının öldürülməsi və basdırılmasının əsas səbəbi məntiqsiz qeyrət olmuşdur.

Çünki onlar belə fikirləşirdilər ki, qızları böyüyəndə əsir düşər və namuslarına ləkə vura bilərlər. Ona görə də onları elə özümüz öldürək ki, belə şeylərə yol verməyək.

Bəli, budur cahiliyyət dövrünün “qeyrəti”. Ancaq bu məntiqsiz və yolunu azmış bir qeyrətdir. Bizim getdiyimiz yolda bizə məntiqli və Allahın bəyəndiyi qeyrət lazımdır. Nə ifrat edək və nə də qeyrətimizi əldən verək.


Hazırladı: Məşhədi Xanım,
(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930