Əsl Əli (ə) şiəsində bu 3 xislət olmalıdır
Mьəllif: admin1
Tarix: 7-08-2019, 13:55
Əsl Əli (ə) şiəsində bu 3 xislət olmalıdır
Sırf imamalara məhəbbət bəsləmək kafi deyil, onların tutduqları yolu reallaşdırmaq və sahib olduqları əməlləri də yerinə yetirmək lazımdır.

Bir sıra nadir və silsilə sənədlərinin doğruluğu sübuta yetməmiş hədislərdə imamlara məhəbbətin bəslənilməsinin savabları haqda tövsiyələr edilibdir. “İmamları sevmək insana cənnət qapılarını açar” kimi hədislər bir qədər araşdırılmalı və düzgün təfsir edilməlidir. Əməlsiz sevgi heç vaxt fayda verməz. Digər tərəfdən ibadətlər də imamlar və Əhli-Beytə düşmənçiliklə birgə olsa səmərəsiz olar.

İmam Sadiq (ə) əsl şiənin necə olmasını çox gözəl şəkildə belə təsvir edir: “Bizim şiələri 3 məsələdə yoxlayın: Namazlarını vaxtı vaxtında qılmasına yanaşmaları, bizə aid olan sirləri düşmənlərimizdən saxlamaqda və öz mömin qardaşları ilə həmfikir olamaq və onlara yardım etməkdə”

Əməl imanın göstəricisidir. Sırf iman insana məşəqqət gətirmir. Bəndə ibadət yolunda Allahı sevmək, onun peyğəmbər və imamlarını sevmək yolunda əməlini ortaya qoymalıdır. Sırf xoşlamaq kiməsə meyilli olmaq həqiqi sevgi sayılmaz. Həqiqi bağlılıq real olaraq, ardıcıllıq tələb edir. Məhz buna görədir ki, İmam Sadiq sözügedən hədislə onu sevdiyini iddia edən şiə qarşısında şərt irəli sürür və həqiqi Əli ardıcılının sifətlərini sayır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031