Zəkanı gücləndirən qəhrəman qidalar
Aşağıda görəcəyiniz siyahını soyuducunun qapağına asmaqda fayda var. Quru yemişdən qırmızı soğana, kartofdan üzümə qədər heç bilmədiyimiz bir çox qida yaddaş üçün çox xeyirlidir.
İnsan hər vəziyyətdə yaradıcı düşünməyə, onu daha çox inkişaf etdirməyə və beynini gücləndirməyə məcburdur. Çiyələk ağıl itirməni gecikdirir Çiyələk tərkibində olan fisetin adlı maddə sayəsində zehnin daha çox və səmərəli işləməsini təmin edir. Bununla yanaşı, uzunmüddətli yaddaş itkisinin təsirlərini azaldıb, ağlını itirməni gecikdirir. Acı şokolad beyinə oksigen daşıyır Acı şokoladın tərkibində çoxlu miqdarda olan maqnezium və antioksidantlar beyinə oksigen daşıyaraq, beynin daha fəal işləməsini təmin edir. Mütəxəssislər sınaqlardan, çıxışlardan əvvəl acı şokolad yeyilməsini tövsiyə edir. Buğda B vitamini mənbəsidir Əhəmiyyətli B vitamini mənbəyi olan taxıllar, qan şəkərini tarazlaşdıraraq beynin işləməsini təmin edir. Yeməklərdə tam buğda çörəyindən istifadə faydalı olur. Kartof zehnin səmərəli işləməsini təmin edir Kartof qan şəkərini yavaş və balanslı bir şəkildə qaldıraraq, zəkanın daha səmərəli işləməsinə imkan verir. Ancaq yağda qızardılan kartof bu xüsusiyyətlərini itirir. Quru yemişlər unutqanlığı azaldır Qoz, fındıq, kaju, badam, yer fıstığı, günəbaxan, küncüt, kətan toxumu kimi E vitamini baxımından zəngin olan quru yemişlər, tərkibində olan yağ turşuları sayəsində unutqanlıqla döyüşən qəhrəmanlar arasındadır. Tövsiyə edilən miqdar isə hər gün bir ovucdur. Qatıq diqqəti gücləndirir İçində olan tirozin adlı maddə yaddaşı gücləndirib, beyni xəbərdar edir. Bunun sayəsində beyin məşğul olduğu məsələyə daha çox diqqət yetirməyə başlayır. Üzüm problem həll etməyi asanlaşdırır Üzüm və üzüm suyu dopamin miqdarını artıraraq, problemləri daha tez həll etməyimizi təmin edir, bu bacarığımızı gücləndirir. Təzə lobya Təzə lobya lif və proteini bir yerə cəmləyən nadir yeməklərdən biridir. Mütəxəssislər bunun xüsusilə uşaqlarda daha təsirli olduğunu, zəkanın inkişafına təsir etdiyini vurğulayırlar. Qırmızı soğan yaddaşı gücləndirir Qırmızı soğan yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quercetin adlı komponent baxımından zəngindir. Eyni zamanda güclü fol turşusu mənbəyidir. Qırmızı və narıncı tərəvəzlər beyin sağlamlığına yardım edir Xüsusən pomidor, yerkökü və qırmızı istiotda olan antioksidant beynin daha uzun müddət sağlam qalmasını təmin edir. Qızıl balıq omega-3 mənbəyidir Balıq istehlakı ümumi olaraq xeyli sağlam qidalanmadır. Ancaq omega-3 baxımından çox zəngin olan qızıl balığın zəka inkişafı üçün ayrı bir yeri var. Bunun sayəsində qızıl balıq həm beyinin qorunması, həm də yaddaşın gücləndirilməsində mühüm əhəmiyyətə malikdir. Yağsız qırmızı ət Yağsız qırmızı ət dəmirlə zəngindir. Xüsusilə sağlam qırmızı qan hüceyrəsi üçün əvəzolunmaz mənbədir. Bu şəkildə də beyin inkişafı üçün böyük xeyir verir. Qaragilə stressdən müdafiə edir Nizamsız qidalanma, həddən artıq gərgin idman, stress və yorğunluq kimi amillərin ortaya çıxardığı "oksidativ" adı verilən stress növü, yaddaşın funksiyalarına son dərəcə mənfi təsir göstərir. Qaragilə buna qarşı güclü müdafiəçidir. Bundan başqa, xüsusilə yaşla əlaqədar yaranan unutqanlığın gecikdirilməsinə də böyük faydası var.faktxeber.com/ Oxşar xəbərlər
|