Ayətullah Behcət dərsə şagirdlərdən tez gəlir və bir nəfər şagird gəlsə belə, hədis söyləyər və ya əxlaqi mövzulara toxunardı
Mьəllif: admin1
Tarix: 5-04-2021, 10:55
Ayətullah Behcət dərsə şagirdlərdən tez gəlir və bir nəfər şagird gəlsə belə, hədis söyləyər və ya əxlaqi mövzulara toxunardı
Ayətullah Behcətdən xatirələrə nəzər salaq.

Hüccətil-İslam Qüds böyük alim ayətullah Behcətin şagirdlərindən biri idi və o alim haqqında belə nəql edir: "Bir gün Ayətullah Behcətin dərsinə tez getmişdim.

Alim şagirdlərdən tez dərs otağına gələr və hətta bir nəfər şagird gəlsə belə, hədis söyləyər və ya əxlaqi mövzulara işarə edərdi. Mən də içəri girdim və alimlə hal-əhval etdikdən sonra Ayətullah Behcət buyurdu: "Nəcəfdə olan zaman Həmədandan olan gözəl və cavan bir alim ağır xəstəliyə düçar olmuşdu. İki ayaqları da iflic olur və əsa ilə gəzməyə məcbur olur.

Mən çalışırdım ki, onunla qarşılaşmayım. Çünki belə fikirləşirdim ki, əgər mənimlə qarşılaşsa, xəcalət çəkəcəkdir. Qəminin üstünə qəm əlavə etmək istəmirdim.

Bir gün evdən bayıra çıxan zaman gördüm ki, o, küçənin başında dayanmışdır, istəməyərək olsa da, onunla qarşılaşdım. Tələsərək ona dedim: "Necəsiniz?”.

Bu söz ağzımdan çıxan zaman çox narahat oldum və onu bu halda görüb gərək belə sual verməyəydim. Özümdən acığım gəldi. Ancaq o, ağzını açan zaman sanki daxilimdəki alova su səpdi.

O qədər həmd və sitayiş etdi və bu halından xoşhal olduğunu söylədi ki, sanki hər tərəfli nemətə qərq olmuşdu. Mən bu sözləri eşidib sakitləşdim”.

Hüccətil-İslam Qüds yenə nəql edir: "Bir gün alim saleh əməlin mükafatı haqqında buyurdu: "Nəcəf alimlərindən biri yolda bir yoxsula sədəqə verdi. Gecə yatıb yuxuda gördü ki, onu gözəl bir saraya aparırlar ki, onun kimisini heç görməmişdir.

Soruşur ki, bu bağ və saray kimindir? Deyirlər: "Sizin. Alim çox təəccüb edir və deyir ki, mən axı bunun qarşılığında bir iş görməmişəm”.

Ona deyirlər: "Təəccüb etmə və bu sənin xalis və hüsni-əməllə verdiyin həmin bir dirhəmin mükafatıdır””.

Qüds nəqi edir: "Bir gün vilayət əhli olan bir həkim İmam Zaman ağanın (ə.f) dostlarını axtarırdı. Hətta onların adlarını bilmək istəyirdi. Bir gün müayinəxanasında tək əyləşmişdi və bir nəfər gəlir və salam verib əyləşir.

Buyurur: "Ağa, İmam Zamanın (ə.f) dostları ibarətdir...”. Bir-bir onların adlarını saymağa başladı və onların adlarını tez-tez sayırdı. Bu adlardan biri də Bəhram idi. Bir dəqiqənin içində 313 nəfərin adını sayır. Bunlar İmam Zamanın (ə) dostlarıdır və sonra da sağollaşıb gedir.

Həkim deyir: "O, gedən zaman mən təzə özümə gəlirdim. Fikirləşdim ki, yatmışam, yoxsa oyağam? Həyat yoldaşım qonşu otaqda idi və mən ondan soruşdum ki, kimsə məni soruşub və bura gəlibdirmi?

Arvadım dedi: "Bir nəfər gəlmişdi və tez-tez nəyisə deyib getdi. Başa düşdüm ki, mən yatmamışdım və o da adi bir insan deyildi”.

Qüds nəql edir: "Bir gün Nəcəfdə sakin olan Rəşt zənginlərindən biri qızını kasıb bir ruhaniyə ərə verir. Bu qız zəngin ailəsindən olduğu üçün yemək bişirməyə hövsələsi çatmırdı. Bir gecə yuxuda Həzrət Zəhranı (s.ə) görür və xanım ona deyir: "Qızım, niyə balamla xoş rəftar etmirsən və onun üçün yemək hazırlamırsan?”.

Bu qız cavab verir ki, mənim yemək bişirməyə hövsələm yoxdur. Xanım buyurur: "Sən ancaq xuruşun ləvazimatlarını götürüb qazana tök və sobanın üstünə qoy.

Başqa bir şey etmə”. Qız yuxudan ayılır və təəccüblənir. İmtahan üçün xanımın buyurduqlarını edir. Yemək zamanı qazanın ağızını açan zaman görür ki, yemək hazırdır.

Xuruşun ətri evi bürüyür. O, bu halda yemək bişirməyə başlayır. Bir gün qonaq gəlir və yeməkdən sonra deyir ki, ömrü boyu belə dadlı yemək yeməmişdir. Ancaq bu qız belə kəraməti görməyinə baxmayaraq, yenə də yemək bişirməyə hövsələsi olmur”.

"Mərhum Ayətullah Hacı Şeyx Fətəhəli Kazimini böyük alim idi və Kazımeyndə tədris edirdi. O, dərs deyən zaman çox vaxt meyit gətirir və onu dəfn edərdilər.

Alim hər gecə onlar üçün vəhşət namazı qılardı. Kazımeyn alimlərdən biri qohumlarından birini yuxuda görür və onun halını soruşur. O, deyir: "Halım pis idi, ancaq o alimin namazı dadıma çatdı. İşlərimin açılmasına səbəb oldu””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930