İmam Baqir (ə) buyurur: “...Bizim davamçılarımız öz qohumlarına şəfaət etmək haqqına malikdirlər”
Mьəllif: admin1
Tarix: 13-02-2016, 21:40
İmam Baqir (ə) buyurur: “...Bizim davamçılarımız öz qohumlarına şəfaət etmək haqqına malikdirlər”

“Şiə” sözü Quranda üç dəfə zikr edilmişdir.
1. Firqə və dəstə mənasında. “Sonra hər bir millət və dəstənin arasından Rəhman olan Allaha qarşı itaətsizlik və üsyankarlıqları daha çox olanları (zalım başçı, pis alim və nemət içində yaşayan itaətsizləri) çəkib çıxaracağıq”. (“Məryəm” 69).

2. Peyğəmbəri (ə) sevən və onun dostu mənasında. “(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi”. (“Qəsəs” 15).

3. Haqq məktəbini qoruyan və ardıcılı olan mənasında. “Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi. O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi)”. (“Saffat” 83-84). Bu ayədə İbrahim (ə) bu qədər məqam və əzəmətinə baxmayaraq, Nuhun (ə) şiəsi adlandırılmışdı.
Şiə dedikdə Əli ibni Əbutalibin (ə) davamçıları nəzərdə tutulur. Bu insanlar həm Peyğəmbərin (s) həyatda olan zamanında və həm də vəfat edəndən sonra İmamlarına (ə) sadiq möminlər idilər. O cümlədən: Miqdad, Salman Farsi, Əbuzər, Əmmar kimi. Bu möminlər şiə adlanan ilk insanlar olmuşdular. Şiə adı əslində İbrahimin (ə), Musanın (ə), İsanın (ə) və Peyğəmbərin (s) davamçılarına aid olan bir ad idi.
Cabir ibni Abdullah nəql edir: “Peyğəmbərin (s) yanında olanda Əli (ə) gəldi. Peyğəmbər (s) buyurdu: “And olsun o Kəsə ki, canım onun əlindədir! Qiyamət günü bu və şiələri xilas olanlardırlar””.
İmam Əli (ə) buyurur: “Bizim davamçılarımız o kəslərdir ki, bizim vilayət yolunda bəxşiş edərlər, bizim dostluğumuz yolunda bir-birinə sevgi göstərərlər, bizim əmr və məktəbimizi diri saxlamaq üçün bir-biri ilə görüşməyə gedərlər. Qəzəblənən zaman zülm etməzlər, razı olan zaman həddi aşmazlar. Qonşuları üçün bərəkət mənbəyidirlər və yoldaşlarına qarşı sülhdədirlər”.
İbni Abbas nəql edir: “Peyğəmbərdən (s) السابقون السابقون ayəsi ilə bağlı sual verdim və cavabında buyurdu: “Cəbrayil (ə) deyir: “Onlar Əli (ə) və onun davamçılarıdır ki, behiştə tərəf çaparlar. Allahın lütf və nemətlərinə yaxın oldular”””.
İbni Məsud nəql edir: “Peyğəmbər (s) (məsciddə) mübarək əlini Əlinin (ə) çiyninə vurur və buyurur: “Bu (kişi) və şiələri xilas olanlardırlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Sən və damaçıların və davamçılarının dostu behiştdə olacaqdır. Sənin düşmənin atəşdə olacaqdır”.
Əmirəl-möminin (ə) buyurur: “Behişt əhli bizim davamçılarımızın məqamına, insanın ulduza baxdığı kimi baxarlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “İslamın tərəfdaşları mən, mənim nəslim, bizim davamçılarımızdır. Ona görə də mənim nəslimi və onların davamçılarını və onların dostlarını sevin”.
İmam Baqir (ə) buyurur: “Həqiqətən Allahın Rəsulu (s) ümmətini şəfaət etmək haqqına malikdir. Biz öz davamçılarımızın şəfaət haqqına malikik. Bizim davamçılarımız da öz qohumlarına şəfaət etmək haqqına malikdirlər”.
Qiyamət gününün bərpa olması mütləq mövzulardandır. Ədalətin, insaf və hesabın olduğu bir gündür. Həmin günü əməllərin qəbul olmaq meyarı haqdan başqası olmaz. Həmin məhkəmədə hökm verən – Uca Allahdır.
Həmin gün kim haqq yoluna zülm etmiş və tənə vurmuşdur – ittiham olunacaq və cəhənnəmə tərəf aparılacaqdır. Orada qalışı əbədidir. (Erfan)

/Deyeler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930