Zahirdə olarkən, batinə diqqət etmək qabiliyyəti
Mьəllif: admin1
Tarix: 13-02-2016, 22:03
Zahirdə olarkən, batinə diqqət etmək qabiliyyəti

Bu dünyada elə insanlar yaşayır ki, əməlləri o qədər gözəldir ki, Allah onlara bərzəx gözünü əta etmişdir. Bu insanlar elə bu dünyada yaşayırlar. Ancaq elə şeyləri görürlər ki, adi insanların onu dərk etməsi çox çətindir.
“Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən(dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).

Bu ayə onu bəyan edir ki, insanların əksər hissəsi dünyanın sadəcə zahirini görürlər. Onlar dünyanın batinindən xəbərsizdirlər. Bu ayədə dünyanın batini kimi axirət bəyan edilmişdir. Deməli, bu dünyanın batini axirətdir.

“Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə)bilsəydiniz, şübhəsiz, cəhənnəmi(qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz)”. (“Təkasur” 5-6).

Bu ayə buyurur ki, əgər insan elmül-yəqinə malik olsaydı, o zaman cəhənnəm atəşini görə bilərdi. Bu ayə demir ki, xüsusi zaman və məkanda, buyurur ki, atəşi görərdiniz. Deməli, həmin atəş elə bu dünyadadır.

Başqa bir ayədə oxuyuruq: “Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü – od yemək olacaqdır)”. (“Nisa” 10).

Bu ayədən də göründüyü kimi, həmin atəşin zaman və məkanı bəyan edilməmişdir. Deməli, insan elə bu dünyada yetim malı yeyərək qarnına atəşi daxil edər. Yəni, yetim malı əslində onlar üçün bir atəşdir və bu atəş zahiri deyildir, batinidir.

İmam Sadiq (ə) Haris ibni Nəman Ənsari ilə Həzrət Peyğəmbərin (s) arasında olan söhbəti iki hədisdə bizə çatdırmışdır. İmam (ə) buyurur: “Haris Peyğəmbərə (s) demişdir: “Sanki Allahın ərşini görürəm ki, hesab üçün açılmışdır, sanki behişt əhlini görürəm ki, behiştdə bir-biri ilə görüşürlər, sanki cəhənnəmin ortasında cəhənnəm əhlinin naləsini eşidirəm”. Peyğəmbər (s) onun haqqında buyurmuşdu: “O, həmin bəndədir ki, Allah qəlbini nurani etmişdir və sonra ona xitab edib buyurmuşdu: “Bəsirət əldə etmisən, sabit ol!””.

Bu cavan elə bir kamal dərəcəsinə çatmışdı ki, behişti və cəhənnəmi görürdü. Əslində bu dünyanın cəhənnəm və behiştini görürdü.

Beləliklə deyə bilərik ki, axirət – dünyanın batinidir. Axirətdə insanın gözünün önündə olan pərdələr aradan qalxacaqdır. İnsan bu zaman həqiqətləri görə biləcəkdir. Bu zaman əməllərimizin batini bizim üçün zahir olacaqdır. Din – insanın diqqətini dünyadan axirətə tərəf cəlb edən bir vasitədir. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır”. (“Ənkəbut” 64).

Biz gərək bu həqiqəti qəbul edək ki, zahir, batin olmadan mənasızdır. Biz hamımız zahirdə olduğumuz halda, batinimizə də diqqət edə bilərik.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930