Bəni-Haşimin Müdrük Xanımı – Zeynəb (ə.s)
ÖZ İLAHİ VƏZİFƏLƏRİNİ SƏBR VƏ MƏRDLİKLƏ YERİNƏ YETİRMƏKDƏ BÖYÜK KƏRBƏLA XANIMINA İQTİDA EDƏN, BÜTÜN ALLAH YOLU FƏDAİLƏRİNƏ TƏQDİM OLUNUR
Həzrət Zeynəbin (s) Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bəzi məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol və üsulundan istifadə edir. Özü də bu istifadənin xeyir və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl meyarı ilə ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir. İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir. Başqa kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bəzən başqalarına təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə məruz qalırlar. Bu həqiqət tələb edir ki, biz pak və dəyərli şəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və nümunələr götürüb, onların yol və üsulunu öyrənsinlər. Quran əziz Peyğəmbəri “Üsvətün-həsənə” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl nümunə adlandırırıq. Elə ki, buyurur: (Ləqəd kanə ləkum fiyrəsulillahi usvətun həsənətun limən kanə yərcullahə vəlyəvməl axirə və zəkərəllahu kəsirən) “Allahın Rəsulu (s), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.” Bu gün bizim cavan nəslin nümunə görməyə başqalarından daha çox ehtiyacı vardır ki, ictimai və əxlaqi məsələlərdə onların söz və rəftarlarından ilham alsınlar. Amma, bü ülgülər kamal və nümunə cəhətindən bir deyillər, bəlkə vəhy xanədanına nə qədər yaxın olsalar, o qədər kamil olarlar. Peyğəmbər (s) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (s), iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr və isar adı gəlsə, bu böyük xanımın adı parlayır. Bu kitab, Kərbəla qəhramanının həyatının qısa araşdırmasıdır. Onun həyatının bir hissəsi gözəl nümunə sorağında olan imanlı bacılara yaxşı bir örnək ola bilər. Bu xanımın həyatını neçə hissədə xülasə etmək olar: 1.Allah Peyğəmbərinin və anası Fatimənin qucağında keçirdiyi çox qısa dövr; 2.Anasının vəfatından sonra, əziz atası Əli (ə)-ın yanındakı həyatı; 3.Həzrət Əli (ə)-ın şəhadətindən Həsən ibni Əlinin şəhadətinə qədərki dövr; 4.İmam Həsən (ə)-ın şəhadətindən, qardaşının aşurasına qədərki dövr; 5.Onun son dərəcə nəzərə çarpan və ibrətamiz olan həyatının sonu; Aşuradan sonra Hüseyn hərəkatının rəhbərliyindən 62-ci Hicri ilində bir dünya iftixarla Allah görüşünə nail olana qədərki dövr. Və xoşbəxtlikdən bunun hamısı bu kitabda araşdırılmışdır. Biz, bu kitabın nəşri üçün “Fədakarlar İslami Təhqiqat Mərkəzinə” təşəkkür etməklə yanaşı, onu mütaliə etməyi bütün cavanlara, xüsusilə də əziz bacılara tövsiyə edirik. Ümidvarıq ki, belə kitablar ucuz qiymətə və yuxarı tirajla əxlaqsevərlərin ixtiyarına qoyulsun. çünki, bu cür əsərlər qərbin bizə sarı yönəlmiş mədəniyyət hücumu qarşısında müsbət addım və güclü manedir. Qum. İmam Sadiq müəssisəsi. Ustad Cəfər Sübhani Oxşar xəbərlər
|