Kiçik və böyük, ciddi və zarafatla - yalanlardan çəkinək
Mьəllif: admin1
Tarix: 11-10-2021, 21:45
Kiçik və böyük, ciddi və zarafatla - yalanlardan çəkinək

Yalan harada olursa-olsun, özü ilə etimadsızlıq gətirər. Yalanın qoyduğu pis təsirlər:

1. Yalançının üzü qara olar.

“Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!”. (“Zumər” 60).

2. Gecə namazından məhrum olar.

Yalan danışmağın qoyduğu pis təsirlərdən biri də budur ki, gecə namazından və ona təyin edilmiş ruzidən məhrum olar.

İmam Sadiq (ə) buyurur: “İnsanın bəzən yalan danışmağı təyin olunmuş ruzisidən məhrum olmasına səbəb olar”.

Soruşurlar: “Necə?”.

Buyurur: “Yalanın təsiri nəticəsində gecə namazına müvəffəq olmaz. Gecə nafiləsindən məhrum qaldığı üçün təyin edilmiş ruzidən nəsibsiz qalar”.

Yalançı insanın nişanələrindən biri onun ağılsızlığıdır. Hişam ibn Həkəm nəql edir ki, İmam Kazım (ə) mənə buyurdu: “Ey Hişam! Aqil yalan danışmaz, baxmayaraq ki, iradəvi olsa belə”.

3. Nəsli qət olar və evi viran olar.

İmam Baqir (ə) buyurur: “Həqiqətən, yalandan and içmək və qohumluq əlaqəsini kəsmək evləri viran və əhlindən boş qoyar. Qohumluğu yerindən qopardar və qohumluq əlaqəsinin qopması nəslin qət olması mənbəyidir (səbəb olar)”.

4. Böyük günahlara cürət edər.

Həzrət Əli ibni Hüseyn – İmam Səccad (ə) buyurur: “Kiçik və böyük, ciddi və zarafatla olan yalanlardan çəkinin. Çünki o kəs ki, kiçik yalan deyər, yavaş-yavaş böyüyünə də cürət edər”.

İman zəifliyinin nişanəsidir.

İmam Sadiq (ə) buyurur: “Möminin təbiətində yalan, simiclik, zinakarlıq yoxdur”.

İmam Əli (ə) buyurur: “Elə bir bəndə yoxdur ki, imanın dadını dadmasın, məgər o halda ki, istər zarafat və istərsə də ciddi halda yalanı tərk etsin”.

5. Allah onu inkar edər.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndə düzünü deyər, onu ilk təsdiq edən Kəs - Allah olar. Özü də bilər ki, düz danışandır. Nə zaman yalan desə, onu inkar edən ilk Kəs - Allah olar. Özü də bilər ki, yalançıdır”.

6. Sanki Allahla mübarizə edər.

İmam Sadiq (ə) buyurur: “Hər kim and içər və özü də bilər ki, yalan deyir, sanki Allahla mübarizəyə qalxmışdır”.

Bu deyilənlər yalanın vurduğu minə yaxın təsirin yalnız altı dənəsidir. Hər yeri viran edə bilən bu bəladan uzaq olaq və düz danışmağı bacaraq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930