Allah təqvalıların dostu və yardımçısıdır
Mьəllif: admin1
Tarix: 15-02-2016, 21:03
Allah təqvalıların dostu və yardımçısıdır

“Bu (Qur’an və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan-ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir.)”. (“Casiyə” 20).
Bəli, Quran insanlar üçün bir hidayət və mərhəmət yoludur və hər kim bu yola qədəm basarsa, İlahi feyzdən bəhrələnər. Allah Bəsirdir. “Hər zaman Allah etdiklərinizi görəndir”. (“Əhzab” 9). Həzrət Peyğəmbər (s) də, Quran da bəsirdir. “(Ya Peyğəmbər,) de: «Bu, mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik”. (“Yusif” 108).
Allah Təala bu ayədə Həzrət Peyğəmbərə (s) buyurur ki, Allah tərəfindən olan dinin davamçısı olun və cahillərin həvəslərindən çəkinin. Çünki tək hidayət yolu budur.
Cahil insanların ardınca getmək Allahın qəzəbini dəf edə bilməz. “Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən zalımlar bir-birlərinin dost və yardımçılarıdır. Allah (isə) təqvalıların başçı və yardımçısıdır”. (“Casiyə” 19).
Cahil insanların ardıcılı olmaq və onların rəhbərliyini qəbul etmək zalımların dairəsinə daxil olmaq deməkdir. Allah Təbarəkə və Təala sonra buyurur ki, zalımlar bir-birinin dostudurlar. Allah isə təqvalıların dostu və yardımçısıdır.
Təqvanın nişanələrindən biri budur ki, insanların həvəsindən uzaq olasan. Onların havayi-həvəsləri təqvalı insana təsir etməz. Təqvalı insan zülmdən və zülmü qəbul etməkdən uzaq olar.
Təqvalı və dindar insan bəsirətli olmalıdır, kor-koranə dini qəbul etməməlidir. Qurani-Kərim insan üçün fikir, əxlaq, siyasi, ictimai, iqtisadi və ailə məsələlərində bəsirət vasitəsidir. İnsan varlığı ilə bağlı bir çox məsələləri ancaq vəhy mənbəyindən öyrənə bilər. Çünki ağıl və təcrübə ilə ona çatmaq mümkün deyildir.
Yuxarıdakı ayədə də deyildiyi kimi, Quran insan üçün bəsirət vasitəsidir. Lakin bu bəsirətdən ancaq yəqin əhli bəhrələnir. Halbuki, Quran bütün bəşər üçün nazil olmuşdur. Bunu unutmayaq. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930