İmam Zaman (ə.c) hansı silahlardan istifadə edəcək?
Adətən soruşulan suallardan biri budur ki, İmam Zaman (ə) zühur edəndə düşmənləri ilə hansı silahlarla vuruşacaqdır?
Bu barədə iki müxtəlif fikir mövcudur: 1 – İmam Zaman (ə) hansı əsrdə zühur etsə həmin dövrün silahları, hətta dövrünün ən güclü və modern silahları ilə əsgərlərini silahlandıracaqdır. Daha güclü və müasir silahlar malik olduğundan qarşı tərəf mübarizənin əbəs olduğunu başa düşür, silahlarını yerə qoyub məğlub olur. İmam Zaman (ə) kütləvi qətliamlar törətməyəcəyinə görə,məhz bu tipli silahlardan da istifadə etməyəcəkdir. 2 – İmam Zaman (ə) zühur edəndə qılıncdan – Həzrət Rəsulullahın (s) istifadə etdiyi silahdan istifadə edəcəkdir. Bu birinci fikrin tam əksidir. Hədislərdə araşdırma apardıqda ikinci fikrin daha düzgün ola biləcəyi qənaətinə gəlmək olar. Çünki bu barədə söhbət açan hədislər silah növünü bəyan edərkən ancaq qılıncın adını çəkirlər, hətta o dövrün silahlarının adını belə zikr etmirlər. Əgər başqa silahlardan istifadə edilsəydi hədislər ona kiçicik də olsaydı işarə edərdilər, neçə ki, İmam Zamanın (ə) miniyinə və istifadə etdiyi nəqliyyat texnika və vasitələrinə çatdıqda odlu, alovlu (yanacaq yandran, yanan mühərikklər işləyən –red) miniklərə sahib olacağı bildirilir. Onun silahı ilə bağlı isə belə bir məlumatlar verilmir. Əksinə onların – İmam və 313 nəfər əsas məsləkdaşının silahlarının asimandan gələcəyi və hər kəsin qılıncı üzərində özünün və atasının adının həkk ediləcəyi bildirlir. Bəzi alimlər bu qənaətdədirlər ki, zühurdan qabaq baş verən şiddətli və böyük müharibələr nəticəsində bütün modern silahlar sıradan çıxacaq və döyüş vasitəsi yalnız qılınc olacaqdır. Höccətül - islam vəl - müslimin Cavad Cəfərinin Şəbistan Xəbər Agentliyinə verdiyi müsahibədən Oxşar xəbərlər
|