Qurani-kərimdə hz.Mehdi (ə) adı çəkilirmi?
Quran-kərim hz.Məhdi (ə) barəsində bir çox digər mövzular kimi, ümumi və prinsipial şəkildə bəhs edir. Yəni Quranda dünyaya ədalətin hakim olacağından və saleh insanların yer üzündəki qələbəsindən söhbət açılır.
Sayı yüzdən artıq olan bu səpkidə ayələr mötəbər təfsirçilər tərəfindən hz.Peyğəmbər (s) və Əhli-beyt imamlarının (ə) zühur və qiyamı ilə əlaqələndirilir. Bu kimi ayələrə və onları təfsir edən hədislərə misal olaraq bir neçə nümunə qeyd edirik: "Biz zikirdən (Tövratdan) sonra Zəburda da yerə yalnız Mənim saleh Bəndələrimin varis olacağını yazmışdıq".(Ənbiya 105). İmam Baqir (ə) Buyurur: "Bu ayədəki "salehlər" də məqsəd hz.Məhdi (ə) və onun əshabıdır".(Məcmuəl-bəyan c.7 s.66) "Biz isə istədik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (cammata) imam və (yer üzünə) varislər edək".(Qəsəs 5) Hz.Əli (ə) buyrur:"Bu dəstə Məhəmməd ailəsidir. Allah onların Mehdisini onların üzləşədəcəkləri zəhmət və sıxıntıdan sonra şövqləndirəcək və onlara izzət bəxş edəcək".(Ğeybət s.113; Təfsirus-Səqəleyn c.4 s.110) "Müşüriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini doğru yolla və həqq dinlə göndərən odur!" (Tövbə 6) İmam Baqir (ə) buyrur: "Bu ayədəki vədə Məhəmməd (s) ailəsinin Mehdisinin zühuru ilə bağlıdır. Həmin gün Məhəmmədin (s) haqq olduğunu təstiq edənlərdən savayı yer üzündə heç kəs qalmayacaq".(Məcməul-bəyan c.5, s.25) Ahlibeyt.ge Oxşar xəbərlər
|