Hidayət çırağı və nicat gəmisi olan İmam (ə)
Həzrət Seyyidi-şühədanın (ə) məqamı o qədər əzəmətlidir ki, adi insanlar onu dərk etməkdən acizdirlər. O, Allah yanında o qədər əziz və sevimlidir ki, onun vasitəsilə çox sayda insan hidayət olunur.
Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Hüseyn hidayət çırağı və nicat gəmisidir”. Baxmayaraq ki, bütün Əhli-beyt (ə) nicat gəmisidir, ancaq Əba Abdullahın (ə) nicat gəmisi insanı daha tez sahilə çatdırır. Hürr buna bariz nümunədir. İmam Hüseyn (ə) bir baxışla onu behiştə tərəf yönləndirir. Əbdüləziz İbni Kəsir nəql edir: “Bir qrup adam İmam Hüseynin (ə) mübarək xidmətinə gəlir və Həzrətə (ə) deyir: “Allahın sizə inayət etdiyi fəzldən və elmdən bizə əta etməyinizi çox istəyirik”. Həzrət (ə) buyurur: “Sizin bu elm üçün tutumunuz vardırmı?”. Onlar cavabında dedilər: “Bəli! Sizə qarşı o qədər əlaqəmiz vardır ki, hər nə desəniz ürəyimizdə saxlayacağıq”. Həzrət (ə) buyurur: “İlahi elmləri sizə söyləməyim üçün gərək ilk olaraq sizi imtahana çəkim. Bir nəfərdən savayı hamınız məclisi tərk edin və əgər onun İlahi sirlləri eşitmək üçün gücü çatsa, sizi də məclisə dəvət edib və həmin elmləri sizə öyrədəcəyəm”. Onlar İmamın (ə) buyurduğunu etdilər və bir qədər keçməmiş həmin şəxs başını itirmiş halda məclisdən çıxdı və sürətlə uzaqlaşdı. Dostları ardınca getdilər və ona dedilər: “Məgər İmam (ə) sənə nə dedi ki, belə oldun?”. O, başını itirdiyinə görə onların sualına cavab verə bilmirdi. Ona görə də özləri Həzrətin (ə) yanına gəlib səbəbini soruşdular. Həzrət (ə) buyurdu: “Sizin Allahın bizə verdiyi elmə tutumunuz yoxdur və bir daha belə istəkdə olmayın. Ancaq dünya və din məsələlərində çətinliyiniz olsa, bizə müraciət edin. Çünki Allah bizi insanların dünya və axirət çətinliklərini aradan qaldırmaq üçün qərar vermişdir”. Allah Təala Şəhidlər Sərvərini o qədər sevir ki, onun qanının töküldüyü torpağı insanlar üçün şəfa vasitəsi qərar vermişdir. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbrinin türbəti 7 dərdin şəfasıdır”. Bu, Seyyidi-şühəda (ə) gəmisidir ki, ona minənləri əliboş qoymaz və ona təvəssül edənləri istədikləri limana çatdırar. Bu gəmi – nicat gəmisidir. (Deyerler.org) Oxşar xəbərlər
|