Peyğəmbərimizin (s) mübarək əxlaqından bəzi nümunələr
Mьəllif: admin1
Tarix: 13-06-2020, 17:30
Peyğəmbərimizin (s) mübarək əxlaqından bəzi nümunələr
İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Beş şeyi ölənə qədər tərk etmərəm: yun paltar geyinməyi, palanı olmayan uzunqulağa minməyi, quşlarla yemək yeməyi, ayaqqabımı əlimlə yamamağı və uşaqlara salam verməyi. Məndən sonra sünnət olsun”.

Yoxsulla yemək yemək.

İmam Sadiq (ə) nəql edir: “Peyğəmbərin (s) zamanında yoxsul insanlar evləri olmadığına görə məsciddə səhəri edirdilər. Peyğəmbər (s) bir gecə daş qabda onlarla bir yerdə iftar etmişdi.

Həmin gecə Peyğəmbərin (s) bərəkətinə görə 30 nəfər həmin daş qabdan yemək yemişdi. Yeməyin qalanını isə həyat yoldaşlarına göndərmişdi”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mələk mənim yanıma gəldi və dedi: “Ey Muhəmməd! Allah sənə salam göndərir! Əgər istəyirsə Məkkənin qumluq düzünü onun üçün qızıl edim”.

Ancaq Həzrət (s) buyurdu: “Pərvərdigara! Bir gün tox olaram və Sənə şükür edər, həmd edərəm. Bir gün ac olsam əgər, Səndən istəyər və Sənə dilənçilik edərəm”.

İbni Abbas nəql edir: “Peyğəmbər (s) həmişə xalça olmayan yerdə əyləşərdi. Yeməyi yerdə yeyərdi, özü qoyunu sağardı və qulların arpa çörəyindən olan süfrəsinə dəvəti qəbul edərdi”.

İmam Sadiq (ə) nəql edir: “Peyğəmbər (s) daima bir qul kimi yemək yeyərdi və bir qul kimi yerdə əyləşərdi. Bu həqiqətdən agah idi ki, bəndə və quldur”.

Imam Sadiq (ə) nəql edir: “Səhrada yaşayan bir qadın Peyğəmbərin (s) yanından keçirdi və Həzrət (s) yerdə oturub yemək yeyirdi.

Peyğəmbərə (s) xitab edib dedi: “Ey Muhəmməd (s)! Allaha and olsun ki, qul kimi yemək yeyirsən və qul kimi yerdə oturmusan”.

Həzrət (s) cavab verir: “Vay olsun sənə! Məndən də çox qul olanı vardırmı?”.

Qadın deyir: “Yeməyindən mənə də bir tikə ver”.

Həzrət (s) ona bir tikə verir. Qadın deyir: “Yox, ağzına qoyduğun tikəni mənə ver”.

Həzrət (s) ağzındakı tikəni çıxardıb qadına verdi və qadın da bu tikəni yedi”. İmam Sadiq (ə) nəql edir ki, qadın ölənə qədər heç bir dərd görmür.

Xüsusi ehtiram.

Ərəb qəbilələrinin birinə Xatəm Tayi adlı səxavətli bir insan başçılıq edirdi. O, insanlarla çox mehriban rəftar edirdi. Bir gün dəvəni kəsir və ondan yemək bişirtdirir ki, hər kim istəsə, onun süfrəsində yesin. Bu işi səmimi qəlbdən və xalis niyyətlə edir. Ancaq Peyğəmbəri (s) görməmiş dünyasını dəyişir.

Onun yerinə oğlu Ədi qəbilə başçılığını üzərinə götürür və o da atası kimi səxavətli idi. Peyğəmbər (s) İmam Əlinin (ə) başçılıq etdiyi bir dəstəni onları hidayət etmək üçün göndərir.

Onlar müsəlmanların hansı hədəflə gəldiklərini bilmədikləri üçün onlarla döyüşürlər və məğlub olurlar. Qəbilə üzvlərinin çoxu əsir düşür. Ədi xristian olduğu üçün Şama qaçır. Ancaq Səffanə adlı bacısı əsir düşür. Həzrət Peyğəmbər (s) əsirlərin təklifini müəyyən etmək üçün məscidə gəlir.

Xatəmin qızı ayağa qalxır və deyir: “Ya Rəsulallah! Atam dünyadan getmişdir və rəhbərimiz olan qardaşım Şama qaçmışdır. Məni azad edib mənə minnət qoy”.

Həzrət Peyğəmbər (s) əmr etdi ki, ona layiqli paltar verib Şama göndərsinlər. Ədi bacısının bu qədər ehtiramla gəldiyini görüb təəccüb etdi. Məsələnin səbəbini soruşdu. Bacısı da olanları danışdı və Ədi soruşdu: “Bizim vəzifəmiz nədir?”.

Bacısı dedi: “Yaxşı olar ki, onun yanına gedəsən, əgər peyğəmbərdirsə, ona iman gətir, əgər padşahdırsa, izzətə çatarsan”.

Ədi sürətlə hərəkət edir və Mədinədə məscidin yanında özünü Peyğəmbərə (s) tanıtdı. Həzrət (s) onu evinə dəvət etdi. Yolda gedən zaman bir qoca qarı Peyğəmbərin (s) yolunu kəsir və çox danışaraq Həzrəti (s) ayaq üstə saxladır.

Həzrət (s) də hövsələ və səbirlə onun sözlərinə qulaq asırdı. Ədi öz-özünə dedi: “Bu, padşahların adəti deyildir ki, hacəti olanlarla belə rəftar etsin”.

Evə çatan zaman Ədini kilimin üstündə əyləşdirir və özü də onun qarşısında yerdə əyləşir. Ədi deyir: “Mənə xoş deyildir ki, mən kilimin üstündə oturam, siz isə yerdə”.

Həzrət (s) buyurur: “Sən mənim qonağımsan!”.

Ədi iman gətirib müsəlman oldu və ömrünün sonuna qədər Həzrətin (s) ailəsini qoruyur. O, Cəməl, Siffeyn, Nəhrivan döyüşlərində İmam Əli (ə) ilə bir yerdə idi.

Cəməl döyüşündə bir gözünü əldən verir və üç oğlu döyüşdə şəhid olur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930