Həqiqi zahidliyin nişanəsi
Zahidliyin nişanəsi “Hədid” surəsində bəyan edilmişdir. “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
Əgər insan zahidlik məqamına çatıb-çatmadığını bilmək istəyirsə, baxsın görsün ki, dünyaya qarşı meyli necədir. Əgər dünya neməti gələndə sevinmirsə və əlindən gedən zaman nigaran olmursa, deməli zahiddir. Bəzən insan dünyadan ancaq mənəfəətlər umur və özünü zahid hesab edir. Ancaq bu zahidliyə rəva deyildir. Bəzən insan dünyanı dünya üçün ya insanların sitayişi üçün tərk edər və özünü bu işlə məşğul edər. Belə olan halda o, mənfəətpərəstdir, zahid deyildir. Bəzən də insan dünya məsələlərindən keçər və zahidcəsinə yaşayar ki, axirətdə cəhənnəm odunda yanmasın və behiştə getsin. Bu halda da behiştə ümid bəsləmək yaxşı olsa da, ancaq kamil insanlığın ən üstün dərəcəsi olmaz. Həqiqi zahid o kəsdir ki, Allahdan qeyrisinə qarşı zahid olsun, yəni rəğbətsiz olsun. Ancaq Allaha qarşı rəğbətli olsun. İmam Səccad (ə) haqqında nəql edirlər ki, gecənin qaranlığında buyurardı ki, “Allahım, məni dünyada zahidlərdən və axirətdə rəğbətlilərdən qərar ver!”. Mələklər zahidləri səsləyər və zahidin bu andına şahid olarlar ki, işin başında buyurar: “Halbuki, axirət daha xeyirli və daha baqidir”. (“Əla” 17). Sonda isə deyər: “Allah daha yaxşı və əbədidir”. (“Taha” 73). Beləliklə deyə bilərik ki, zahidliyin nişanəsi budur ki, insan Allahdan qeyrisinə qarşı rəğbətsiz, Allaha qarşı rəğbətli olsun. Nə dünyadan və nə də axirətdən mənfəət ummasın, gözləməsin. Budur həqiqi zahidliyin nişanəsi. /Deyerler.org/ Oxşar xəbərlər
|