Xəstəliklər insanı günahdan təmizləyər
Xəstəliklər həyatın xoşagəlməz hallardır ki, hər insan onunla qarşılaşır. Ancaq mühüm olan odur ki, biz bu xəstəliklərə necə yanaşırıq. Çünki əgər xəstəliklərə qarşı lazımlı səbiri göstərsək, bərəkətli nəticələr gətirə bilər.
Bu xoşagəlməz hallar zahirdə bəyənilməz görünsə də, ancaq əgər onlara qarşı səbirli olsaq, bizə çox sayda bərəkət gətirər. İnsan xəstəliklə qarşılaşan zaman bir neçə yola əl atır. 1. Həkimə müraciət etmək. İnsanlar xəstəliklə qarşılaşan zaman müxtəlif cür olurlar. Bir dəstəsi xəstələnən zaman özləri-özlərini müalicə edərlər. Çox da məlumatları olmayan dərmanlardan istifadə edərlər. Bu işin nəticəsi bəzən xəstəliyin uzanmasına səbəb olur, bəzən də yeni xəstəliklər icad edər. Bir dəstə insanlar isə xəstəliklə üzləşən zaman duaya müraciət edərlər. Zikr və duadan möcüzə gözləyərlər. Ancaq insanların əskər hissəsi Əhli-beytin (ə) göstərişinə əməl edərək, Allaha təvəkkül edərək və qəlb və dilləri ilə zikr edərək, həkimə müraciət edərlər. İmam Sadiq (ə) buyurur: "Hər bir şəhərin insanları üç şeyə ehtiyac duyar ki, dünya və axirət işlərində ona müraciət etsinlər. Əgər bu üçünə malik olmasalar, pərişan olarlar: 1. Alim fəqih. 2. İtaətkar ordu başçısı. 3. Agah və inanılan həkim”. Əgər xəstəlik şiddətlənərsə, həkimə müraciət etmək lazımdır. Gərək həkimi şəfa vasitəsi qərar verəsən. Onun dediklərinə əməl edəsən. İmam Əli (ə) buyurur: "O kəs ki, xəstəliyini həkimdən gizlədər, bədəninə xəyanət etmiş olar”. 2. Xəstəlikdən gileylənməmək. Bəzi insanlar xəstəliklə üzləşən zaman bütün aləmi öz xəstəliklərindən agah edərlər. Şəhərdə heç kim qalmır ki, onun xəstəliyindən xəbərsiz olsun. Belə insanlar başqalarını öz xəstəliklərində təqsirli bilirlər. Allahdan tutmuş insanlara qədər hamıdan gileylənirlər. Xəstəlik insana əziyyət versə belə, insan gərək buna görə Allaha üsyan etməsin. Allah Təala Üzeyrə vəhy edir: "Nə zaman sənə bəla gəlsə, Allahın yanında şikayət etmə. Necə ki, Mən sənin pislik və rüsvayların ucalan zaman səndən mələklərimin yanında şikayət etmirəm”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim üç gün xəstə olar və ziyarət edənlərinin heç birinə ondan şikayət etməzsə, əgər ona afiyət versəm, günahsız afiyət verərəm”. 3. Xəstəliklərə səbir etmək. Xəstəliklər xoşagəlməz hallardır ki, özü ilə bəzi narahatlıqlar gətirər. İnsan əgər xəstəliklərə qarşı səbirli olarsa, savaba çatar. İnsan həyatın hər bir çətinliyində səbir etməlidir. Ancaq Allah xəstəliklərə görə səbir etməyə xüsusi mükafat təyin etmişdir. İmam Sadiq (ə) buyurur: "O kəs ki, gecə xəstələnər və onu xoş qarşılayar, Allaha şükür edər, 60 ilin kəffarəsi olar”. Soruşurlar: "Onu xoş qarşılamaq nə deməkdir?”. Buyurur: "Əziyyət və narahatlığına səbr etməkdir”. 4. Şükür. Günahların bağışlanmağın yollarından biri də şükür etməkdir. Xəstəlik zamanı şükür etmək insana çox sayda bərəkət gətirər. İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) nə zaman bir şeydən sevinsə, buyurardı: "Allaha bu nemətə görə şükür olsun”. Nə zaman onu narahat edən bir iş olsaydı, buyurardı: "Allah hər bir halda sitayişə layiqdir”. 5. Sədəqə vermək. Sədəqə insan həyatına çox təsir qoyar, xüsusilə də salamat və sağlam olmasına. Sədəqə xəstəliklərin büruzə verilməsinin qarşısını ala bilər və xəstəlikləri insandan dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə bəlanı dəf edər, ən təsirli dərmandır”. 6. Dua və zikr. Dua və zikr - Allahla insan arasında olan körpüdür. Dua - insanın enişli və yoxuşlu həyatını hamar edə bilər. Xəstəlik də bu amillərdən biridir ki, insan Allahın qapısını döysün. Məsumlar (ə) xəstəliklər zamanı xüsusi zikr və namazları tövsiyə etmişdilər. Ancaq çox təəssüf ki, avam insanlar ancaq dua və zikrə etimad edir və xəstəliklərinin şəfa tapması üçün həkimə müraciət etmirlər. Zikr və duanın birbaşa və qeyri-müstəqim yolla xəstəliyə təsiri vardır. Bəzən xəstənin başı üstündə 70 dəfə "Həmd” surəsini oxumaq möcüzə yaradır. Bəzən də insanın xəstəlikdən şəfa tapması üçün lazım olan dərmanların hazırlanmasına şərait yaradır. Ancaq insan xəstələnən zaman ilk edə biləcəyi iş - həkimə müraciət etməkdir. Dərman qəbul etməklə yanaşı, Allaha təvəkkül etməli və zikr və duanı da unutmamalıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|