Ərlə arvad rabitələrini möhkəmləndirmək üçün nə etməlidir?
Qadınla kişinin bir-birini tanıması – həyatı möhkənləndirən və rabitələrini soyuqluqdan qoruyan əməllərdəndir. Mühüm olan budur ki, ərlə arvad bir-birini ilk plana atmalı və bir-birinə dəyər verməlidirlər.
Ailə quran iki insan bir-birinə eşq bəsləyərək, bu işə qalxar. Ancaq çox təəssüf ki, zaman keçdikcə agahlığını əldən verər, eqoistliyi və tədbirsizliyi üzündən rabitələri soyuq hala salar. Ərlə arvad rabitələrini möhkəmləndirmək üçün nə etməli? Cavan cütlər gərək üç sahədə biliklərini artırsınlar. - Ailə quran hər bir cavan bir-biri ilə rabitə qurmağın fərqli olduğuna diqqət etməlidirlər. - Qadınla kişinin fərqli cəhətlərinə diqqət etməlidirlər. - Məsələni necə həll etmək və düzgün qərar vermək. Cavan cütlər bir-birini tanımaq üçün vaxt ayırlamlı və bu işi ilk plana atmalıdırlar. Bir-birinin eybləri yerinə müsbət tərəflərini dilə gətirməlidirlər. Ailə rabitələrini möhkəmləndirən amillər: 1. Dindarlıq. Dindarlıq ailə rabitələrinin möhkəmlənməsinə səbəb olar. Ailədə izzəti, nikbinlik ruhiyyəsini, razılıq hissini artırar və pis adətlərdən uzaqlaşdırar. 2. Həmrəylik. Həmrəy olmaq qarşı tərəfin hisslərini dərk etmək, təfəkkür və fikirlərinə dəyər verməkdir. Həmrəylik qarşı tərəfin rəyini təsdiq etmək deyildir, sadəcə onu dərk etməkdir. Əgər həmrəylik olmazsa, rabitələr gərgin olar. Belə hesab edərlər ki, bir-birinə əhəmiyyət vermirlər. Halbuki, həmrəylik rahatlığa və qarşı tərəfi dərk etməyə səbəb olar. 3. Məhəbbəti bəyan etmək. Eşq bəsləmək və məhəbbət göstərmək – ailənin sabitliyini bərqərar edər və ona ruhi hüzur gətirər. Səbəb olar ki, ərlə arvad bir-biri üçün himayə çətiri olsunlar. Hər biri özünəməxsus şəkildə sevgisini bəyan edər. Xanım mətbəxdə ərinin sevdiyi yeməkləri bişirərək, kişi isə gül alaraq və ya xoş söz deyərək. 4. Söz rabitəsi. Söz rabitəsi müxtəlif cür ola bilər. Mümkündür ki, səmimiyyəti artırsın və cütləri bir-birinə yaxınlaşdırsın. Eyni zamanda mümkündür ki, gərginliyə səbəb olsun. Əgər hər bir qadın və ya kişi söz rabitələrinin bu növləri ilə tanış olsalar, daha çox münasib və sevgi dolu sözlərlə rabitələrinin gözəl olmasına səy göstərərlər. Kişilər hədəfçidirlər. Yəni, söhbət edən zaman əsil mövzuya gəlməyə çalışarlar. Halbuki qadınlar rabitə qurandırlar. İlk olaraq xırdalıqları söyləyir və sonra əsil mövzuya keçərlər. Xanımlar əgər xırdalıqlardan qaçsalar və kişilər də soyuq və quru söhbət yerinə daha sevgi dolu söhbətlər etsələr, rabitələr daha möhkəm olar. Hər bir halda ailə bir məktəb olduğu üçün insan bu məktəbdə çox şeylər öyrənir. Mühüm olan budur ki, hər bir tərəf bilmədiklərini öyrənməyə səy göstərib, rabitələrini yaxşılaşdırmağa cəhd etsinlər. Belə olan halda həm rabitələri gözəl və möhkəm olar və həm də həyatdan ləzzət almağı bacararlar. /Deyerler.org/ Oxşar xəbərlər
|