Bizi xərçəngdən qoruyan ədviyyat
Mьəllif: admin1
Tarix: 22-02-2016, 21:29
Bizi xərçəngdən qoruyan ədviyyat
Qırmızı istiot ən faydalı ədviyyatlardan biri sayılır.

Bu ədviyyat Avropaya Mərkəzi Amerikadan gətirilib. Əvvəllər qırmızı istiot çox bahalı idi və yalnız çox kübar insanlar bu ədviyyatdan istfadə edə bilirdilər.

Qırmızı istiotun tərkibində bir çox faydalı maddələr var. Onlardan biri kapsaisin maddəsidir. Bu maddə güclü mikrob və iltihabəleyhinə təsirə malikdir.

Qırmızı istiot həzm proseslərini asanlaşdırır, mədə-bağırsaq sisteminə antiseptik təsir edir.

Qırmızı istiot maddələr mübadiləsini yaxşılaşdırır və sürətləndirir, arıqlamağa kömək edir. Arıqlamaq və orqanizmi təmizləmək məqsədi ilə bu kimi reseptdən istifadə etmək olar: 1 çimdik qırmızı istiot 1 stəkan kefirə əlavə olunur, qarışdırılır içilir. Bu qarışığı hər gün içmək olar.

Qırmızı istiotun tərkibində olan maddələr xərçəngəleyhinə təsirə malikdir. Bu səbəbdən həkimlər ədviyyatı xənçəngin profilaktikası məqsədi ilə istifadə etməyi tövsiyə edirlər.

Qırmızı istiot ağrısızlaşdıran təsirə malikdir. Qırmızı istiot əsasında hazırlanan plastrlar və bürünmələr müxtəlif ağrılar zamanı – nevralgiya, osteoxondroz, revmatizm, artrit və s. – geniş istifadə olunur.

Qırmizi istiot antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmə cavanlaşdırıcı təsir edir.

Qırmızı istiot ürək-damar və qan sisteminə müsbət təsir edir – damarları təmizləyir və möhkəmləndirir, qanda xolesterinin səviyyəsini aşağı salır, qanı duruldur, tromblaşma proseslərin qarşısını alır.

Sübut olunub ki, qırmızı istiot kişilərdə potensiyanı yaxşılaşdırır.

Qırmızı istiot sellülit əleyhinə kremlərdə istifadə olunur. Ev şəraitində qırmızı istiotu kosmetik gillə qarışdırıb çox yaxşı sellülit əleyhinə vasitə hazırlamaq olar.

Qırmızı istiotun əsasında maskalar saç tökülməsi zamanı çox yaxşı kömək edir – saçların tökülməsini azaldır, yeni saçların əmələ gəlməsini sürətləndirir.

Bəzi xəstəliklər zamanı qırmızı istiotun istifadəsi ziyanlı ola bilər. Bu xüsusilə ciddi mədə-bağırsaq sistemi xəstəliklərinə aiddir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930