Ayətullah Xamenei həzrət Fatimə (s.ə) haqqında
Fatimeyi Zəhra (s.ə) məqamı elə bir məqamdır ki, bizim kimi adi insanların o məqamı təsəvvür etməsi çətindir və ya mümkin deyil. Xanım Fatimeyi Zəhra (s.ə) məsumdur. Məsum....
Onun nə peyğəmbərlik vəzifəsi, nə də ki, peyğəmbərin canişini (imam) vəzifəsi olub. Lakin o xanım rütbə baxımından Peyğəmbər və İmamın səviyyəsindədir. O, Ali məqamlı şəxsiyyətin məşhur “Fədək” xütbəsində , - həm şiə həmdə əhli –sünnə bu xütbəni nəql edib. Bəzi məzhəblərdə xütbənin bir hissəsini, bəziləri də xütbənin hamısını nəql ediblər - həmin xütbədə elə fikirlər var ki, o dövrdə ki, təlim, elm və mərifət bəhsləri yox idi, bu xütbə siyasi dəlillərlə doludu. Hətta diqqətlə baxdıqda bu xütbənin həmd-sənasında, xütbənin girişində o əzəmətli Xanımın (s.ə) fəsahətli dilindən hikmət və mərifət yağdığının şahidi oluruq və Allaha həmd olsun ki, bu gün bizim üçün qalmaqdadır. Bu xanım Zəhranın (s.ə) elm və hikmətinin göstəricisidir. Bu Aliməqamlı şəxsin müxtəlif meydanlarda fədakar bir əsgər kimi, fəal və təsirli bir rolu olub. Bütün bu qiymətli və misilsiz nümunələr, on səkkiz illik ömürdə toplanıb. Bütün mənəvi, əxlaqi məqamlara və üstün əməllərə malik 18-19 yaşlı cavan bir qız... Belə bir şəxsin hər cəmiyyətdə, hər tarixdə və hər millətdə varlığı (mövcudluğu) iftixar mənbəyidir və belə ali məqamlı və əzəmətli şəxs kimi birisi bir daha yoxdur.maide\ Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei / Oxşar xəbərlər
|