Qiyamət günü şad və kədərli olanlar
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə buyurulur: "Qiyamət günü bir insanı gətirəcəklər və onu Allah dərgahı qarşısında saxlayacaqlar. Əməl dəftərini ona verəcəklər. Ancaq öz yaxşı əməllərini orada görməyəcəkdir.
Deyər: Allahım! Bu mənim əməl dəftərim deyildir. Çünki mən burada öz itaətimi görmürəm. Ona deyiləcəkdir: Sənin Pərvərdigarın nə səhv edər, nə də unudar. Əməlin insanların qeybətini etdiyin üçün bada getmişdir. Sonra başqa bir insanı gətirərlər. Əməl dəftərini ona verərlər. Orada çox sayda itaəti müşahidə edər. Deyər: İlahi! Bu mənim əməl dəftərim deyildir. Çünki mən bu itaətləri yerinə yetirməmişəm. Ona deyilər: Filankəs sənin qeybətini etmişdir, onun yaxşı əməlləri sənə verilmişdir”. Peyğəmbərdən (s) gələn hədis: "Hər kim bir müsəlmanın haqqını dirçəltmək üçün haqlı şəhadət verərsə, Qiyamət günü elə halda gətiriləcəkdir ki, simasının nuru gözlər görənə qədər görünəcəkdir. Məxluqlar onu ad və nəsəbi ilə tanıyarlar”. İmam Hüseyndən (ə) gələn hədis: "Heç kim Qiyamətdə amanda deyildir, məgər o kəs ki, dünyada olan zaman qəlbində Allah qorxusu olsun”. İmam Rzadan (ə) gələn hədis: "Hər kim möminin qəm və çətinliyini aradan qaldırarsa, Allah Qiyamət günü qəmi qəlbindən aparar”. Əziz Peyğəmbərimizdən (s) gələn hədis: "Nə zaman sizlərdən biriniz ölsə, Qiyaməti bərpa olar, yaxşı və pisliklərini görər”. Həzrət Peyğəmbərdən (s) gələn hədis: "Qiyamət günü bəndələrin əməl tərəzisinə qoyulacaq ilk şey - onun gözəl əxlaqıdır”. İmam Sadiqdən (ə) gələn hədis: "Qiyamət günü ən peşman insan o kəsdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədalət rəva bilməz”. İmam Baqirdən (ə) gələn hədis: "Qiyamət günü Allah Təaladan ən uzaq insanlar - üsyankar təkəbbürlülərdir”. İmam Rzadan (ə) gələn hədis: "Ey insanlar! Oruc tutmağa əmr edilmisiniz ki, aclıq və susuzluq dərdini dərk edəsiniz. Onun vasitəsilə axirət çarəsizliyinizi başa düşəsiniz”. İmam Əlidən (ə) gələn hədis: "Qiyamət günü ən böyük təəssüf - o insanın təəssüfüdür ki, nalayiq şəkildə mal toplayar, cəhənnəmə gedər. Bu malı isə o kəs üçün irs qoyar ki, Sübhan Allahın yolunda xərcləyər və behiştə gedər”. (Deyerler.org) Oxşar xəbərlər
|