İnsanın yaranmasının fəlsəfəsi
“Mən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir şey üçün yaratmamışam.“[1]
“Əgər Rəbbin istəsəydi bütün insanları tək bir ümmət edərdi. Lakin onlar Rəbbinin rəhm etdiyi və bunun üçün yaratdığı kəslər istisna olmaqla, həmişə müxtəlif olacaqlar.”[2] İmam Əli (ə) buyurur: “Allahdan qorxmağa əmr edilmisiniz və (Allaha) itaət etmək üçün yaradılmısınız.”[3] İmam Hüseyn (ə) buyurur: “Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın.” Bir nəfər dedi: “Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?” Buyurdu: “(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır.“[4] İmam Sadiq (ə) dinsiz bir şəxsin “Allah yaratdıqlarına ehtiyacı olmaya-olmaya, onları yaratmağa məcbur olmadığı, bizi oyuncaq etmək Ona yaraşmadığı halda məxluqatı nə üçün yaratdı?” Sualının cavabında buyurmuşdur: “O, məxluqatı öz hikmətini göstərmək, öz elmini yerinə yetirmək və öz tədbirini (həyata) keçirmək üçün yaratdı.”[5] İmam Sadiq (ə) “Onlar hələ də ixtilafdadırlar, Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Onları bunun üçün yaratmışdır” ayəsinin təfsirində buyurmuşdur: “Allah onları yaratdı ki, Onun rəhm və mərhəmətinə səbəb olan iş görsünlər və onlara rəhm etsin.”[6] [1] Zariyat, ayə 56 [2] Hud, ayə 118, 119 [3] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.108 [4] Biharul-Ənvar, c.23, səh.83, hədis 22 [5] Biharul-Ənvar, c.10, səh.167, hədis 2 [6] Nurus-Səqəleyn, c.2, səh.404, hədis 250 (www.ahliman.info) Oxşar xəbərlər
|