Bəzi günahlar bağışlanmaz
Mьəllif: admin1
Tarix: 28-10-2024, 10:48
Bəzi günahlar bağışlanmaz
Hər bir insan günah işlədən zaman bağışlanacağına ümidsiz olmamalıdır. Əgər ümidli olarsa, tövbə edər və bağışlanar.

Ancaq ümidsiz insan bağışlanmaz. Çünki bağışlanmağına görə heç bir ümidi yoxdur. Ona görə də tövbə etməz.

İlahi rəhmətdən ümidsiz olmaq - ən böyük günahlardandır. İnsan əgər ümidsiz olarsa, deməli Allahın sonsuz rəhmət və kərəminə etiqadı yoxdur.

Quran ümidsizliyi kafirin sifətlərindən adlandırmışdır. Buyurur: «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». ("Yusif” 87).

Allah Quranda özünü tövbələri qəbul edən kimi tanıtmışdır. "Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. ("Şura” 25).

Allahın pak sifətləri: Təvvab, Ğəffar, Ğəfur, Qabil təvvabdır. Allah günahkarları Öz rəhmətinə tərəf dəvət edir və onlara tövbə etməyi əmr edir.

Ona görə də buyurur: "De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. ("Zumər” 53).

Allah bu ayədə biz insanlara xitab edərək buyurur ki, Onun rəhmətindən heç bir zaman ümidimizi kəsməyək və tövbə qapısını açaq. Çünki Allah bütün günahları bağışlayandır.

Biz insanların vəzifəsi tövbə etməkdir, ümidsiz olmaq deyil. Allah bu bağışlanmanı xüsusi insanlara şamil etmir, əslində hamıya şamil edir.

Ona görə də bütün günahlar bağışlana bilər. İlahi dərgahdan ümidsiz olmaq olmaz. İnsan əgər tövbənin şərtlərinə əməl edərsə, şübhəsiz ki, bağışlanmış olar. Tövbənin şərtləri də:

- peşman olmaq,

- günahı tərk etməyi qərara almaq,

- ona bir daha qayıtmamaq

- və insanların haqqını verməkdir.

Allahdan ümidimizi heç zaman üzməyək.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930