İmam Rzadan (ə) gənclərlə bağlı çox mühüm göstərişlər
Mьəllif: admin1
Tarix: 25-02-2016, 11:16
İmam Rzadan (ə) gənclərlə bağlı çox mühüm göstərişlər
Bir gəncin şəxsiyyətinə hörmət göstərmək, onun ən əhəmiyyətli və ən təbii ehtiyaclarındandır
Gənc nəslin yetişdirilməsi hər bir cəmiyyətin ən əhəmiyyətli proqramlarından biridir. Böyük enerji və istedadlarla dolu gənclərə doğru təlim-tərbiyə verməklə gələcək cəmiyyətin xoşbəxtliyinə zəmanət əldə etmək olar. İslaminSesi vilayətin səkkizinci nuru İmam Rzanın (ə) gənclərlə bağlı mühüm olan bir göstərişlərini təqdim edir.

Hörmət

Bir gəncin şəxsiyyətinə hörmət göstərmək, onun ən əhəmiyyətli və ən təbii ehtiyaclarındandır. Onun suya və yeməyə ehtiyacı olduğu kimi, ana, ata və təlimçilərinin hörmət və sevgisinə də ehtiyacı vardır. Çünki öz şəxsiyyətini təyin etmək, şəxsiyyəti ilə fəxr etmək və sevgi kimi faktorlar onun duyğularını təmin etmək üçün lazımlıdır. İmam Rza (ə) başqasına sevgi göstərmək barədə belə buyurur:

"İnsanlara sevgi göstərmək ağlın yarısıdır. "

Başqalarına, xüsusilə gənclərə hörmət göstərmək, bəyənilən bir davranışdır. Bu, həm də onların duyğularıyla uzlaşacaq. Çünki onlar sevgi və hörmət görməyə çox istəkli olur, sevgi və hörmət göstərən insana qarşı maraq duyurlar. Gənclərin düşüncələrinə əhəmiyyət vermək, onlarla məsləhətləşmək, onlara salam vermək, hədiyyə bəxş etmək, onların müsbət davranışlarını təqdir etmək və onları müsbət davranışlar mövzusunda təşviq etmək - onlara hörmət və sevgi göstərməyin müxtəlif nümunələridir.
Əgər gənclərə hörmət göstərilsə, onlar da öz növbələrində ən azı ana və atanın istəklərinə qarşı çıxmazlar. Deməli, gənclərə hörmət göstərmək onlara təsir etməyin ən əhəmiyyətli və ən güclü yollarından biridir. Əksinə, onların şəxsiyyətini kiçik hesab etmək isə nifrət və kinə səbəb olacaq.

Ardı var...
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930