“Harada olursunuzsa-olun, namazı əvvəl vaxtda qılın”
Mьəllif: admin1
Tarix: 25-10-2022, 10:27
“Harada olursunuzsa-olun, namazı əvvəl vaxtda qılın”

Ayətullahul-üzma Seyyid Əli Xameneyi cənablarının namazla bağlı tövsiyələrinə nəzər salaq.

"Qəlbinizi Allaha bağlayın. Yolu isə müqəddəs dinimizdə açıqdır. Siz dağın başında olan qalaya aşağıdan baxırsınız. Görürsünüz ki, orada kimlərsə var.

Bu cür təsəvvür etməyin ki, onların qanadlar var və uçub gediblər. Xeyr, onlar sənin ayağının altında olan yoldan irəli gediblər və oraya çatıblar.

Xəyal etməyin ki, qeyri-adi bir hərəkətlə o qalaya çatmaq olar. Xeyr, o qalada müşahidə etdikləriniz həmin bu yoldan keçib gedənlərdir.

Bəs bu yol hansıdır? İlk növbədə günahı tərk etməkdir ki, demək asandır, ancaq əməl etməsi çətin. Ancaq qaçılmazdır.

Yalan danışmaq, xəyanət, hər cür şəhvətdən çəkinmək, günahdan çəkinmək - bu yolun ən mühüm addımıdır.

Günahı tərk edəndən sonra isə vacibata əməl etməkdir ki, hamısından mühüm olanı namazdır. İnsanın bütün işi namazdan asılıdır. Namazı vaxtında qılın. Diqqət və qəlb hüzuru ilə qılın”.

Xeyir işə görə xəcalət çəkməyin

"Heç bir mömin xeyr işi xəcalət çəkdiyi üçün tərk etməməlidir. Bəziləri deyir: "Niyə filan yerdə namazınızı əvvəl vaxtda qılmadınız?”. Deyirsiniz ki, xəcalət çəkdim. Həya üzündən heç bir xeyir işi tərk etməyin”.

Harada olursansa-ol, namazı əvvəl vaxtda qıl

"Hansısa elmi müəssisədə, elmi mərkəzdə, filan institutda işləmək insanı namazı əvvəli vaxtda qılmaqdan çəkindirməməlidir. Diqqət və qəlb hüzuru ilə yerinə yetirməlidir. Bu sizin qəlbinizi yuyar. Siz cavansınız və qəlbləriniz nuranidir”.

Dua və namazın ruhu

"Cavan tələbələr üçün dini maarif öyrənmək, Allaha təvəssül etmək, İmamlara (ə) təvəssül etmək, "Ərəfə” duasını oxumaq, etikaf mərasimini təşkil etmək, camaat namaz qılmaq çox yaxşıdır. Dini mərasimlərdə, mərasimin ruhuna diqqət edin. Ancaq zahiri olmasın, insan şeir oxusun, göz yaşı töksün.

Dua və namazın ruhu budur ki, Allahla rabitə qurasan, mənəviyyatdan bəhrələnəsən, ruhunu pak edəsən, zehni vəsvəsədən uzaq olasan, namazı əvvəl vaxtda qılasan.

Ancaq zahirə diqqət etmək böyük eybdir. Ehtiyatlı olun ki, bu eybə düçar olmayasınız”.

"Namazı diqqətlə qılmaq, əvvəl vaxtda qılmaq, qəlb hüzuru ilə qılmaq çox təsir qoyur”.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930