Uxdud səhabələri kimlərdir?
Mьəllif: admin1
Tarix: 26-02-2016, 21:24
Uxdud səhabələri kimlərdir?
“Buruc” surəsi Uxdud səhabələrindən bəhs etmişdir. “Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);
Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)! O odunla dolu şölələnən atəş. O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər. Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər. Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular”. (“Buruc” 3-8).

Bu ayələrdə “uxdud” “xəndək” mənasında işlənmişdir. İslam dinindən əvvəl Ərəbistan yarmadasında Nəcran əhli xristian dininə iman gətirirlər. Yəmən padşahı Zunəvas Həmiri adını daşıyırdı. O, bu mövzunu eşidib qəzəblənir və xəndək qazdırır. Orada atəş yandırır və bu xristianlardan istəyir ki, dinlərindən dönsünlər.

Zunəvas Həmiri tayfasından olan sonuncu sultan idi ki, hakimiyyətə gəlirdi. O, yəhudi dinini qəbul etmiş və onu rəsmi din kimi elan etmişdi. Halbuki, yəhudi dini İsa (ə) peyğəmbərin gəlişi ilə zəifləmişdi. Lakin Zunəvas xristian dininin əleyhinə idi və ona görə də onun ardıcılları ilə kəskin mübarizə aparırdı. O, istəyirdi ki, bütün qalan dinləri məhv edib, hər yerdə yəhudi dinini bərqərar etsin. Ona görə də o yerdə ki, yəhudi dinindən savayı bir din görsə idi, oraya ordu çəkib vuruşardı. Oranın əhalisini zorla yəhudi dininə iman gətirməyə məcbur edərdi.

Bu diyarlardan biri də Nəcran idi ki, əhalisinin çox hissəsi xristian dinini qəbul etmişdi. Bu xəbər Zunəvasa gəlib çatır və o, şəhər ətrafında böyük xəndək qazdırır və sonra da orada böyük tonqal qalayır. Öz əsgərlərinə əmr edir ki, şəhəri gəzib dindarları toplasınlar. Bu əsgərlər də şəhəri bir-bir gəzib, xristian dinində olan dindarları tutur və gətirib ya atəşə atırdılar, ya da qılıncdan keçirirdilər. Bu yolla Nəcranı xristianlardan təmizlədilər. Bu hadisə nəticəsində 20 min insan öldürüldü və Nəcranda yenə də yəhudi dini hakim oldu. Zunəvasın ölməyi ilə yəhudi dininin zamanı sona çatdı və xristian dini yayılmağa və güclənməyə başladı.

Bu hadisə haqqında İmam Əlidən (ə) bir hədis nəql edilir ki, həmin hadisənin başqa bir variantını bizlərə çatdırır.

İmam Baqir (ə) buyurur: “Bir gün Nəcran yepiskopi Əmirəl-möminin (ə) yanına gəlir və Uxdud səhabələrindən söz düşür. İmam Əli (ə) buyurur: “Allah öz qövmünə Həbəşi bir peyğəmbəri göndərir. Və həmin qövm iman gətirmədi. Onunla vuruşdular və səhabələrini öldürdülər, əsir götürdülər. Sonra böyük xəndəki atəşlə doldurdular. Dedilər: “O kəslər ki, bizim davamçılarımızdır, kənara çəkilsin. Hər kim bu peyğəmbər dininin davamçısıdır – gərək atəşə gəlsin”. O peyğəmbərin bütün davamçıları özlərini atəşə atdılar. Onlardan biri qadın idi ki, qucağında bir aylıq körpəsi vardı. Atəşdən qorxurdu və körpəsi dilə gəlib dedi: “Atəşin daxilinə get”. Və o, özünü körpəsi ilə bir yerdə atəşə atdı. O səhabələrə Uxdud deyirlər”.

Hər bir halda bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, insan hər bir halda dünyaya vida edəcəkdir. Ancaq Allah yolunda can vermək insanı cavidan edər.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930