İxlasın meyarı. İxlasın mərhələləri
Mьəllif: admin1
Tarix: 7-06-2021, 10:39
İxlasın meyarı. İxlasın mərhələləri
Allah Təala Qurani-Kərimdə 31 dəfə ixlas və muxlis haqqında söz açmış və ixlasa riayət edən möminlərini muxlis adlandırmışdır.

İxlas dedikdə yəni düşüncələrini, niyyətini, əxlaqını, əməlini, ibadət və bütün bədən üzvlərini Allah üçün xalisləşdirmək nəzərdə tutulur. Yəni, niyyətin, düşüncən, əməlin, ibadətin Allah bəyənən olsun. Başqa bir tərəfdən isə insan bu əməli ancaq Allah rizası üçün yerinə yetirmiş olsun.

İxlasın əks mənası riyadır. İmam Sadiq (ə) buyurur: “Allah bəndəliyinin şərti budur ki, hər bir hərəkət və sükutda niyyətini Allah üçün xalis etsin.

Əgər belə etməzsə, qafildir. Allah Təala qafilləri bu cür təsvir edir: Onlar dördayaqlı kimidirlər və bəlkə daha yolunu azmışdırlar. Bunlar o kəslərdir ki, qafildirlər”.

Allah Təbarəkə və Təala ixlasa riayət edən bəndələrini muxlis adlandırmışdır və Quranda buyurur: “Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi”. (“Məryəm” 51).

Həzrət Yusif (ə) barəsində buyurur: “Həqiqətən o, bizim seçilmiş bəndələrimizdən idi”. (“Yusif” 24).

İxlasın mərhələləri vardır.

1. Niyyətdə ixlas. Yəni, niyyətini şirkdən və riyadan pak edəsən. Hədəfin Allahdan savayı olmasın.

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Bəndə heç bir zaman ixlasın həqiqətinə çatmaz, məgər o halda ki, onu Allah əməlində tərifləmələrini sevməsin”.

2. Əməldə ixlas. Yəni, əməlini günahdan xalis edəsən və təqvaya çatasan. Bunun üçün 3 mərhələni keçməlisən:

a) Haramları tərk etmək və vacibatları yerinə yetirmək.

b) Məkruhu tərk etmək və müstəhəbləri yerinə yetirmək.

c) Qəlbi Allahdan qeyrisini məşğul edən şeylərdən təmizləmək və İlahi qürbə yaxınlaşdıran əməllərlə məşğul olmaq. Əgər ixlasın mərhələlərini keçmək istəyirsənsə, namazına diqqət et. Namaz insana həyatın hər bir sahəsində ixlasa riayət etməyi öyrədər.

3. Ürəyi paklamaq. Yəni, ürəyində olan bütün rəzil nəfsani sifətləri – istər dünya sevgisi olsun, istər uzun arzular olsun – ürək evindən çıxardasan. Əgər bunu bacarsan, ürəyin Allahın hərəminə çevriləcəkdir.

Qüdsi hədisdə oxuyuruq: “Möminin qəlbi – Rəhmanın ərşidir. Rəhman olan Allahın ərşi Sübhan Allahın yeridir”.

Beləliklə, deyə bilərik ki, insanın kamala çatmasının mühüm şərti – ixlasdır. Bəndənin özünü və əməllərini Allah üçün xalisləşdirməsidir.

İnsan əgər Allaha xatir bu işi görə bilərsə, kamala çatar. Əgər insan ixlasa çatarsa, bu özü yolunun doğru olduğunu göstərər. Yəni, Allahın yolunda hərəkət edir və Allahdan qeyrisindən özünü xalis edir.

İmam Baqir (ə) buyurur: “O bəndə ki, Allaha 40 gün ixlasla ibadət və pərəstiş edər, (Allah) o bəndəni zahidlik məqamına çatdırar. Hikmət qapılarını qəlbinə açar. Dili hikmətlə danışar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930