Azanda dediyimiz "Həyyi əla xeyril əməl"-in batini mənası nədir?
Muhəmməd bin Əbu Umeyr İmam Museyi Kazimdən (ə) azandan “həyyə əla xeyril əməl” (xeyr əmələ tələsin) kəliməsinin atılma səbəbini soruşduqda İmam (ə) buyurdu: Zahiri səbəbini istəyirsən ya batini? Dedim: Hər ikisini.
İmam (ə) buyurdu: Zahiri səbəbi bu idi ki, insanlar namaza arxayınlaşaraq cihaddan yayınmasınlar. Amma batini səbəbinə gəlincə, (bil ki,) həqiqətən də “xeyrul-əməl” (əməllərin ən xeyirlisi) vilayətdir. “Həyyə əla xeyril əməl” ifadəsinin azandan atılmasını əmr edən şəxs (Ömər bin Xəttab) bununla istəyirdi ki, (insanlarda) ona (vilayətə) qarşı şövq yaranmasın və vilayətə tərəf dəvət edilməsinlər.” (Şeyx Səduq (r.ə), İlaluş-şəraye). Oxşar xəbərlər
|