Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?
Mьəllif: admin1
Tarix: 11-02-2023, 10:33
Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?
3 şey üçün səhv səcdəsini yerinə yetirmək lazımdır:

1. Bilməyərəkdən namazda söz demək.

2. Bir səcdəni unutmaq.

3. 4-rükətli namazda ikinci səcdədən sonra şəkk edər ki, dördrükətli qılmışdır, yoxsa beşrükətli.

Bundan başqa iki hal da vardır ki, ehtiyati-vacib səhv səcdəsi yerinə yetirilməlidir:

1. Namaza salam verməyin lazım olmadığı yerdə. Misal üçün 4-rükətli namazda ikinci rükətdə salam vermək lazım olmadığı halda, bilməyərəkdən salam vermək.

2. Təşəhhüdü unudan zaman.

Əgər namazqılan xəyal etsə ki, namazı bitib və ona görə də söz desə, gərək səhv səcdəsi yerinə yetirsin. Ah çəkmək və ya öskürmək üçün səhv səcdəsi lazım deyildir.

Əgər nəyisə yanlış edibsə, onu düzgün şəkildə təkrar etsin. Əgər bilməyərəkdən təsbihati-ərbəə tərk edilərsə və ya üç dəfədən çox və ya az yerinə yetirilərsə ehtiyati-müstəhəbdir ki, namazdan sonra iki səhv səcdəsi yerinə yetirsin.

Əgər səhv səcdəsini namazın salamından sonra yerinə yetirməzsə günah etmişdir və onu tez bir zamanda yerinə yetirməsi vacibdir.

Əgər bilməyərəkdən yerinə yetirməzsə, nə zaman yadına düşsə onu yerinə yetirsin. Namazı yenidən qılmaq lazım deyildir.

Salam verdikdən sonra dərhal səcdəyə gedib, bu üç zikrdən birini söyləsin:

«بِسْمِ اللهِ وَبِاللهِ وَصَلَّی اللهُ عَلَی مُحَمَّد وَآلِهِ » یا

« بِسْمِ اللهِ وَبِاللهِ اللّهُمَّ صَلِّ عَلی مُحَمَّد وَآلِ مُحَمَّد »

« بِسْمِ اللهِ وَبِاللهِ السَّلامُ عَلَیْک أَیُّهَا النَّبی وَرَحْمَةُ اللهِ وَبَرَکاتُه


Sonra təşəhhüd deyib və salamları verib, namazını bitirsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930