Müasir humanitar elmlərin çatışmamazlıqları
Mьəllif: admin1
Tarix: 29-02-2016, 11:05
Müasir humanitar elmlərin çatışmamazlıqları
Şəbistan Xəbər Agentliyinin məlumatına görə, mərhum ayətuah əllamə Məhəmmədtəqi Cəfəri öz əsərlərində humanitar və qeyri - dəqiq elmlərin bir sıra qüsur və nöqsanlarını araşdırıb, onların köklü problemlərin həllindən yayındığını yazır.

Alim qərb humanitar elmlərinin əsas nöqsanını iki amilin olmamasında görür, bu amillər modern humanitar fənlərin sütuqtunda əsas rol oynayırlar. Onlar aşağıdakılardan ibarədirlər:

1 – İnsan “mən”liyini, daha dəqiqi desək, insanda “mən”i görməməzliyə vurmaq.

2 – Texnologiyaya vurğunluq

İnsandakı “mən”i və onun insanın daxili idarəçiliyindəki rolunu görməməzliyə vurmaq Əllamə Cəfərinin nəzərində qərb humanitar elmlərinin ən böyük qüsurudur.

Alimin baxışında qərb insanşünaslığı maddi ləzzət prinsipi üzərində qurulub və insan həqiqəti, onun əsl şəxsiyyəti unudulub. Qərbdə ortaya qoyulan fəlsəfi nəzəriyyələr insanı hər bir şeyin mərkəz və mehvəri olmaq məqamından çox aşağı edirib, onun humanitar elmlərin əsl mövzusundan kənarlaşdırılmasına zəmin yaratdı. Bu da daxili boşluq hissindən doğan insanın özündən biganələşməyi probleminə gətirib çıxardı.

Əllamə Məhəmmədtəqi Cəfəri ikinci amil olaraq texnikaya, maşın həyatına, avtomatlaşmaya həddən artıq vurğunluğı göstərir. İnsan yavaş - yavaş avtomatlaşmış həyatda itir və ya onun qurbanına çevrilir. Texnologiya inkişaf etdikcə insanın untelektual təfəkkürü geriləməyə başlayır.

Aydındır ki, əllamə Məhəmmədtəqi Cəfəri müasirlik və inkişafla deyil, texnologiyanın mənfi təsirləri, onun insanın özünün əsl mahiyyətindən qafil edən tərəfləri, mexaniki həyat ilə barışmır.shabestan.ir/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031