Əməlin həcmi gərək insanı çaşdırmasın
Mьəllif: admin1
Tarix: 24-07-2020, 10:54
Əməlin həcmi gərək insanı çaşdırmasın
İslam dinində səy və çalışma mühümdür, əməlin həcmi deyil. Səy elə bir əməldir ki, insanın güc və qüdrəti ilə ölçülər. Əməl sənin gücünlə müqayisə edilər.

İslam dinində həm kəmiyyət mühümdür, həm də keyfiyyət. Əlbəttə ki, deyilən zikrlərin də öz rolu və əhəmiyyəti vardır. Yəni kəmiyyət də mühüm mövzulardan hesab edilir.

Hədislərin birində oxuyuruq: “Xoş olsun o kəsin halına ki, qəlbini fikir və dilini zikirlə məşğul edər”.

Hər bir əməlin dəyiri onun keyfiyyətindən asılıdır. İxlas bəndəlik deməkdir. İxlassız olan ibadətin dəyəri olmaz.

İmam Sadiq (ə) buyurur: “Niyyət əməldən üstündür. Agah olun ki, niyyət əməlin həqiqətidir”.

İslam dini insanlardan çox əməl istəmir, amma xalis əməl istəyir. Yəni, insanın gücü və qüdrəti çatan əməl istəyir.

“Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur”. (“Bəqərə” 286).

Başqa bir tərəfdən isə, zikr və başqa müstəhəb əməllər əgər insanda saleh əməl ruhiyyəsi yaradarsa, bu halda dəyərli olar. İslam dininin ən çox dəyər verdiyi şey - əməlin dərinliyidir.

Ona görə də İslam dini heç bir zaman saya diqqət etməyi tövsiyə etməmişdir. Əksinə, davamlı olaraq əməlin keyfiyyətini mühüm hesab etmişdir.

Quran bu haqda buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün, ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur”. (“Mülk” 2).

İmam Sadiq (ə) buyurur: “Məqsəd o deyildir ki, hansınız daha çox əməl edəsiniz. Bəlkə məqsəd odur ki, hansınız daha düzgün əməl edəsiniz.

Düzgün əməl odur ki, Allaha pərəstiş və pak niyyətlə bir yerdə olsun. Əməli çirkabdan saxlamaq, işin özündən çətindir. Və xalis o əməl o əməldir ki, istəmirsən ki, Allahdan başqası səni ona görə tərifləsin”.

İmam Əli (ə) buyurur: “O iş ki, ixlas və dindarlıqla bir yerdə olar, hər nə qədər zahırdə az olarsa, az deyildir. Necə ola bilər ki, Allah dərgahı tərəfindən qəbul olunan əməl az olsun?”.

Allah Təala bizləri xalis niyyətli və pak əməlli bəndələrindən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930