Nə üçün Peyğəmbərin (s) qızını (s.ə) “Fatimə” “Zəhra” adlandırıblar?
Allahın Rəsulu (s) buyurub: “Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.”[1]
İmam Sadiq (ə) buyurub: “Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.” [2] Umarə: “İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün “Zəhra” (parlaq) adlandırıblar?” Buyurdu: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.” [3] ________________ [1] Əmali-Tusi, səh.300 [2] Əmali-Səduq, səh.474, hədis 18 [3] Məani əl-Əxbar, səh.64, hədis 15 www.ahliman.info Oxşar xəbərlər
|