"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var?
Mьəllif: admin1
Tarix: 20-01-2022, 12:44
"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var?
Əhli-sünnənin məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir.

«Səhih-Buxari» və «Səhih-Müslim» mənbələrində məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir.

Əhməd Əmin Misri deyir: «Səhih-Buxari» və «Səhih-Müslim» hədis kitablarında bu sayaq (məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır».[1]

Bu sayaq iradlar Şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyid Məhəmməd Rəşid Rza, Şeyx İbn Məhmud kimi qərb yönümlü əhli-sünnə alimləri tərəfindən də irəli sürülmüşdür.

Digər əhli-sünnə alimləri uyğun irada kəskin etiraz etmişdir.

Doktor Bəstəvi deyir: «Güman edirlər ki, Buxari və Müslim məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün
hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır».[2]

Buxari deyir: «Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur».[3]

Müslüm ibn Həccac Quşeyri deyir: «Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub».[4]

Hakim Nişapuri deyir: «Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır».[5]

İbn Qeyn Cəvziyyə deyir: «Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır».[6]

Əbdülmöhsin ibn Həmdülibad deyir: «Etibarlı hədislər «Səhiheyn» kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur.

Məsələn, «Muvta», «Səhihe-ibn Xəzimə», «Səhihe ibn Həbban», «Müstədrəke-hakim», «Cameye-Termizi», «Sünəne-Əbu-Davud», Sünəne-Nəsayi», «Sünəne İbn Mace», «Sünəne-Dar Qutni, «Sünəne-Beyhəqi» kimi kitablarda «Səhiheyndə» olmayan bir çox etibarlı hədislər var».[7]

Buxari və Müslimin məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər İmam Mehdinin (ə.f) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:

a) Dəccalın meydana çıxması – Buxari, xüsusilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.[8]

İbn Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını İmam Mehdinin (ə.f) zühuru ilə əlaqələndirmişdir.[9]

b) İsa ibn Məryəm – Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?»[10]

Müslim də eyni məzmunda hədis nəql etmişdir.[11]

Bu rəvayətlərdə İmam Mehdidən (ә.f) başqası nəzərdə tutula bilməz. Çünki «Səhih-Buxarini» şərh edənlərin hamısı rəvayətdəki imam sözünün Mehdiyə (ə.f) işarə olduğunu bildirirlər.

v) Mal bəxşişi – Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar».[13]

Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə İmam Mehdinin (ə.f) nəzərdə tutulduğu məlum olur.

İbn Əbu Şeybə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Fitnə-fəsad tüğyan etdiyi bir vaxt Əhli-beytimdən (ə) bir şəxs zühur edəcək və onun ətası böyükdür».[14]

q) Beyda əhvalatı – Müslim «Səhihdə» Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər».[15]

Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi İmam Mehdinin (ə.f) zühur əlamətlərindəndir.ixlas\[16][1]


[1] Əl-Məhdi vəl-Məhdəviyyə, səh.41
[2] Əl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə
[3] Müqəddimeyi-ibn-Səlah, səh.21-22
[4] Həmin mənbə
[5] Müstədrəke-Hakim, c.1, səh.2
[6] Zadul-Məad
[7] Əl imamul-Məhdi ində əhlis-sünnə, c.2, səh.445
[8] Səhih-Buxari, c.4, səh.143; Səhih-Müslim, c.8, səh.58-85 (Nəvəvinin şərhi ilə)
[9] Təhzibul-təhzib, c.9, səh.125
[10] Səhih-Buxari, c.4, səh.143
[11] Səhih-Müslim, c.1, səh.94
[12] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
[13] “Səhih-Müslim», c.8, səh.185.
[14] “İbn Əbu-Şeybə, “Əl-Müsənnəf», səh.678.
[15] “Səhih-Müslim», c.8, səh.167.
[16] “Mustədrəke-hakim», c.4, səh.520.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930