Niyə Musa Peyğəmbərin (ə) ümməti 40 il səhrada sərgərdan gəzmişdi?
Mьəllif: admin1
Tarix: 16-01-2023, 11:27
Niyə Musa Peyğəmbərin (ə) ümməti 40 il səhrada sərgərdan gəzmişdi?
Həzrət Musa Peyğəmbər (ə) Bəni-İsraili Misirdən fironun zülmündən xilas edib onları doğma torpağa – Kənan diyarına tərəf istiqamətləndirdi. Bəni-İsrail yolboyu nankorluq edib, Allaha asi olur, Həzrət Musanın (ə) sözündən çıxırdı.

Bütün yol boyunca Allah onlara gah mükafat, gah da cəza şəklində öz möcüzələrini göstərirdi. Nəhayət, gəlib Kənan yaxınlığına çatanda gördülər ki, onların torpağını düşmən xalqlardan biri ələ keçirib.

Musa Peyğəmbər (ə) öz ümmətinə təklif etdi ki, hücum edib torpaqları düşməndən geri alsınlar. Amma Bəni-İsrail qorxub bundan boyun qaçırdı.

Bu zaman Allah nankor qövmü cəzalandırmaq qərarına gəldi, Həzrət Musaya (ə) elan etdi ki, onların Kənan torpağına qədəm basmasına icazə verməyəcək.

Ta ki, 40 il müddətində Bəni-İsrail doğma torpağa qədəm basmadan səhrada sərgərdan gəzəcək. Bu müddət ərzində qorxaq nəsil öz əcəli ilə ölüb, yerini təzə nəsil tutacaq.

Həmin cəsarətli və igid gənclər Kənan torpağını düşməndən azad edəcəklər. Belə də oldu. 40 il sərgərdanlıqdan sonra Bəni-İsrailin yeni nəsli vəd olunmuş torpaqları düşməndən geri aldı.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930