Orqanizm üçün ən xeyirli qida məhsulları
Qida nəinki insanın fiziki güc əldə etməyinə həmçinin beyinin düzgün funksionallığına təsiri çox böyükdür. Qidanın təqrkibində olan maddələr beyniniz üçün xeyirli olduğu kimi, ziyan da vurmağa qadirdir.
Bəzi qida məhsulları isə həqəqətən də orqanizmdə möcüzələr yaratmağa qadirdir. Nəzərinizə bəzi məhsulların adlarını çatdırırıq. Beyin üçün xeyirli məhsul 1. Qoz - Amerikalı alimlər müəyyən ediblər ki, gündəlik qida rasionuna bir ovuc qoz əlavə etmək yaddaşa müsbət təsir göstərir. Araşdırmalar zamanı məlum olub ki, hər gün 13 qramm qozz yeyən adamlar digərlərinə nisbətdə beyni çalışmalarda daha fəal və daha effektiv olurlar. Belə ki, hər kəsə qida rasionuna bir miqdar qoz əlavə etmək tövsiyə olunur. Yaddaş üçün xeyirli məhsullar. 2. Qarağat - Alimlər müəyyən ediblər ki, qarağat nəinki yaddaşa xeyirlidir, hətta bu “möcüzəvi” giləmeyvə yaddaşsızlığı tam aradan qaldırmağa qadirdir. Bu giləmeyvəni gündəlik qəbul etmək əsəb sisteminin pozulmasının qarşısını alır. Qarağat həqiqətəndə beyinin və yaddaşın əla vəziyyətdə çalışması üçün əvəzedilməz məhsul hesab edilə bilər. Daha əvvləllər isə qarağatın gözə xeyirli olmasını da müəyyən etmişdilər. Qarağat həmçinin görmə sisteminin də yaxşılaşdırmağa qadirdir. 3. Qızılbalıq - Bəziləri balıq yağının insan orqanizmi üçün olduqca xeyirli olmasını təkid edərək onu öz qida rasionlarında əvəzedilməz hesab edirlər. Belə ki, elə insanlar var ki, balıq yağını yemək onlar üçün əsl işgəncə ola bilәr. Belə insanlar üçün qızılbalıq əla əvəzedici sayıla bilər. Onun tərkibi insan orqanizminə olduqca fayfdalı olan maddələrlə zəngindir. Qızılbalığın tərkibində omeqa-3 yağ turşusu və dokosaheksaenoik turşularla zəngindir. Bu iki element insan orqanizminin yüksək səviyyədə funksionallığına yardım edir. Həmçinin insan beynində neyronların işlək vəziyyətdə olmasını təmin edir. Beyin funksiyalarını gücləndirən məhsullar. 4. Avakado - Avakado dünyada ən çox yağ tərkibli bitkisidir. Bu məhsulun tərkinibdəki yağlar beyin hüceyrə qişalarının çevik olmasını təmin edir. Avakado həmçinin beyinin əzələ gücünü də yüksək səviyyədə saxlamağa kömək edir. Bu möcüzəli bitki, həmçinin qan dövranına müsbət təsir göstərir və təzyiqi normallaşdırır. Beləliklə, qızılbalıq və avakado ilə hazırlanmış qidalar sizin üçün həm dadlı həm də olduqca xeyirli sayıla bilər. Bu məhsullarla qidalanaraq orqanizminizə bir sıra qiymətli mikroelementlər bəxş etmiş olacaqsınız. Beyin üçün məhsullar. 5. Dənli bitkilər - İnsan orqanizminin normal fəaliyyəti üçün daim enerji axını tələb olunur. Beyin konsentrasiyası, onun fəaliyyəti və reaksiyası orqanizmin daim qlükoza ilə təmin olunmasından asılıdır. Dənli bitkilər beyinin normal qidalanmasının təminində rolu çox böyükdür. Dənli bitkilər qlükozanın qana tədricən lakin stabil şəkildə daxil olmasına yardım edir. Lakin digər qeyri stabil qlükoza tərkibli karbohidratlar məsələn, düyü və makaron məhsulları oqranizmdə böyük miqdarda insulinin yaranmasına gətirib çıxarır. Enerji axını yüksək həddə gəlib çatır. Lakin bu hədd tez bir zamanda azalmağa başlayır. Bu qəbildən olan artım vә azalmalar beynin zəifləməsinə və yorğunluğuna səbəb olur. Beynin normal işləməsinə yadım edən məhsullar. 6. Brokkoli - Brokkolinin tərkibi yaddaşın yaxşılaşmasına yardım edən iki ən vacib maddəyə malikdir. Vitamin K və Vitamin B4. Bu elementlər yaddaşın güclənməsini təmin edirlər. Mütəxəsislər müəyyən ediblər ki, daha çox kələm yə ya brokkoli yeyən adamlarda digərlərindən fərqli olaraq yaddaş daha güclü olur. Brokkolinin tərkibində həmçinin Alsqeymer xəstəliyinin qarşısını alamağa yardım edən folid turşusu ilə zəngindir. Araşdırmalar göstərib ki, orqnizmdə folid turşusunun çatışmazlığı depressiyaya gətirib çıxarır. Qara şokoladın faydaları. 7. Qara şokolad - Bu faydalı qidanın dadlı olmadığı fikri səhvdir. Kakao məhsulları yaşlı insanlarda danışıq və beyin funksiyalarının normallaşmasını təmin etmə xüsusiyyətinə malikdir. Mütəxəsislər qara şokoladın insan beyininə müsbət təsirini iddia edirlər. Gündəlik bu məhsuldan istifadə etmək beyinin lazımi qədər qanla təmin edilməsi artıq sübut olunub. Əgər bir miqdar şokolad yemisinizsə, inanın bu qədər dadlı və xeyirli bir qidaya görə, beyniniz sizə minnətdar olacaq. Əgər sizi qarşıda hər hansı imtahan və yaxud beyini çalışdırmaq gərəkən bir iş gözləyirsə, ondan əvvəl bir miqdar şokolad yeməkdən çəkinməyin. Mütəxəsislər bu halda sizin imkanlarınızın daha da artacağını təsdiq edirlər. Şokolad həmçinin insan əhval ruhiyyəsini qaldıra bilmək xüsusiyyətinə də malikdir. Əgər keyfiniz yoxdursa, bir miqdar şokolad yemək sizə yardım edə bilər. (deyerler) Oxşar xəbərlər
|