İmam Zaman ağa (ə.f) – bəlanın möminlərdən dəf olmasının amilidir
İmam Zaman ağa (ə.f) buyurur: “Mən – vəsilərin xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər”.
Hədisin şərhi. Bu hədisi Şeyx Səduq və Şeyx Tusi mötəbər sənədlərdən Əbu Nəsrdən nəql ediblər. Əbu Nəsr deyir: “Həzrətin (ə.f) xidmətinə gələn zaman mənə buyurdu: “Məni tanıyırsanmı?”. Dedim: “Bəli”. Buyurdu: “Mən kiməm?”. Dedim: “Sən – mənim ağam və ağamın övladısan”. Dedim: “Özünüzü mənə şərh edin”. Buyurdu: “Mən vəsilərin – xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər””. Həzrət (ə.f) bu hədisdə iki nöqtəyə işarə etmişdir: 1. İmam Zaman ağa (ə.f) – vəsilərin xatəmidir. İmamət onunla xətm olmuşdur. Yəni, hər kim ondan sonra İmam (ə) olduğunu iddia edərsə, yalan demiş olar. 2. Həzrətin (ə.f) davamçıları tarix boyu çox sayda əziyyətlə rastlaşacaqlar. İmam (ə.f) buyurur ki, Allaha mənə xatir o bəlaları onlardan dəf edəcəkdir. Bu sözün özünün də iki ehtimalı vardır: a) Həzrətin (ə.f) məqsədi – qeyb zamanıdır. İmam (ə.f) demək istəyir ki, qeyb zamanında onun davamçıları ancaq təvəssül edərək, öz çətinliklərini aradan qaldıra bilərlər. b) Həzrətin (ə.f) məqsədi – zühur zamanıdır. İmam (ə.f) demək istəyir ki, İmam (ə.f) zühur edərək zalımlara qalib gələcək və hər cür bəlanı öz davamçılarından dəf edəcəkdir. Bu iki ehtimalın cəmi də mümkündür. Belə ki, həm qeyb zamanında və həm də zühur zamanında bəla və çətinliklər İmamın (ə.f) davamçılarından ona xatir dəf olacaqdır. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|