Allahın insanı unutması nə deməkdir?
Mьəllif: admin1
Tarix: 21-12-2020, 13:24
Allahın insanı unutması nə deməkdir?

Biz hamımız bilirik ki, Uca Allah bizim Xaliqimizdir. Bizə qarşı hamıdan daha mehriban və daha bağışlayandır. Hər kəsdən daha alim və daha nazirdir. Bəs Allahın bəndələrini unutmasının mənası nədir?

Allah Quranda buyurur: “Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər həmin itaətsizlərdir”. (“Tövbə” 67).

İmam Rzadan (ə) soruşurlar ki, bu, necə ola bilər? İmam (ə) buyurur: “Allah unutmaz, Allahın səhvi yoxdur. Allah – mütləq elmdir. Unutmağın Allahın barəsində mənası yoxdur.

İnsan malik olduğu elmə və biliyə görə qəflət edər və həmin elmi yadından çıxar. (Allahın unutmasının) mənası budur ki, dünyada Allahı unutduqları üçün Allah da Qiyamət günü onları unudar. Yəni, onlara diqqət etməz. Qiyamətin xeyirindən və bərəkətindən bəhrələnməzlər”.

Əslində Qiyamət bu dünyanın batinidir və elə həmin bu an Qiyamət bərpa olmuşdur. O şeyi ki, biz yerinə yetiririk, batini elə indi olur. Əgər insan Allaha qarşı qafil olarsa, bu qəflət zaman keçdikcə meydana gələr.

İnsan bir dəqiqə içində qəflətə düşməz. Ona görə deyirlər ki, nə zaman Allahdan qafil olsan, tez özünə gəl ki, daha az ziyan edəsən. İnsan elə bir varlıqdır ki, daima xata edər, elə ona görədir ki, Allah tövbə qapısını açıq qoymuşdur.

Ancaq etdiyimiz tövbə də həqiqi olmalıdır. Çünki ayətullah Bəhayəddinin söylədiyi kimi, Allahın qarşısında artıstlik etmək olmaz. Tövbə gərək nəsuh tövbəsi olsun, həqiqi olsun. Tövbə gərək insanın Allahdan uzaqlaşmasına mane olsun.

Biz insanlar Allaha həmişə möhtacıq. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil”. (“Fatir” 15).

Tarixdə oxuyuruq ki, ən kiçik heyvan olan ağcaqanad Nəmrudun burnuna girir və o qədər qüdrətə malik olan Nəmrudu məhv edir. Çünki insan zəifdir və onun daima Allaha ehtiyacı vardır. Bəli, insan Allahı unuda bilər, ancaq bu zaman Allah da onu unudar. Bunun özü – böyük bir əzabdır.

İmam Əli (ə) buyurur: “Allahın unutması odur ki, onları xeyirdən məhrum edər”.

Beləliklə, deyə bilərik ki, Allahın unutması əslində bir alleqoriyadır. Yəni, Allah elə bir uca varlıqdır ki, unutmaq kimi bir sifət zatına sığmaz və Ona yaraşmaz. Unutmaq dedikdə, Allahın bəndəsini xeyir və bərəkətdən məhrum etməsi nəzərdə tutulur. Bu xeyir və bərəkət dünyaya da aid ola bilər, Qiyamətə də.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930