Başqasının müsibətinə sevinənə Allah bəla göndərər
İmam Sadiq (ə) buyurur: “O kəs ki, qardaşının başına gələn müsibətə sevinər, dünyadan getməz, o zamana qədər ki, özü həmin müsibətə düçar olar və imtahan olunar”. Bu dünya – xoşagəlməz hadisələrlə dolu bir dünyadır. Hər gün hansısa müsibət insanların ətəyindən yapışır və onları zəlil edir. O kəs ki, başqasının düçar olduğu bu müsibətə sevinər, gec və ya tez özü də ona düçar olar. Təvqa əhli adətən başqalarının razı olmasına razı olmuş, narahatlıqlarına narahat olmuşdular. Əgər həmin insana təsəlli vermək üçün yol olarsa, ona təsəlli verər. Necə ola bilər ki, insan başqalarının müisbətinə sevinə bilir, halbuki özü səhərdən axşama qədər çox sayda bəlanın və müsibətin təhlükəsində olar? O kəsin ki, ürəyi Allahı yada salmaqla rahatlıq tapar, heç bir zaman başqasının üzündə narahatlıq sezib özü razı ola bilməz. Bu, zülmət deməkdir, onların qəlbi zülməti qəbul etməz. İmam Sadiq (ə) buyurur: “Qardaşının başına gələn müsibətə görə razılığını bəyan etmə ki, Allah onu rəhmətində qərar verər, məzəmməti isə sənə tərəf qaytarar”. Yəni, sən müsibətə düçar olarsan və insanlar səni məzəmmət edərlər. Heç bir şey düşmənin qınağından daha ağır deyildir. Həzrət Əyyubdan (ə) soruşurlar ki, sənə nazil olan bəlalardan hansı daha ağır idi? Buyurur: “Düşmənlərin qınağı və sevinməsi”. O zaman ki, Həzrət Musa (ə) Tur dağından qayıdır görür ki, insanlar danaya pərəstiş edirlər, qardaşına şikayət edir. Harun deyir ki, az qalmışdı ki, məni öldürsünlər. “Sən mənə etiraz edərək və qəzəblənərək, düşmənləri mənə görə şad etmə”. O kəs ki, mömini qinayar və məzəmmət edər, əslində onun qəlbini sındırar və qəmgin edər. Allah Təala bu əməli bəyənmir, O, istəyir ki, möminin qəlbi həmişə sevincli və razı olsun. Ona görə də o kəs ki, mömini sevindərər, ona böyük mükafatlar verər. Bəzən məzəmmət insanın qəlbinə elə yara vurur ki, qılınc belə yara vurmur. İmam Səccaddan (ə) soruşurlar ki, harada sizin üçün daha ağır idi? Həzrət (ə) üç dəfə buyurur: “Şamda. Çünki Şamda insanlar bizim halımıza sevinirdilər və məzəmmət edirdilər”. İmam (ə) bu qədər əziz insanı itirməyinə və bu qədər əsarətə və əziyyətə görə şikayət etmir, Şam əhlindən gileylənir. Həzrət Peyğəmbər (s) buyururdu ki, nə zaman bəla və müsibət əhli görürsünüz, Allaha şükür edin ki, sizə bu müsibəti verməmişdir. Ancaq qoymayın ki, onlar eşitsin, çünki narahat olarlar. Yəni, həm onların halından təsirlənin və həm də öz halınıza görə şükür edin. Həqiqi mömin o kəsdir ki, qardaşına gələn müsibətə görə sevinməz və ailəsinin başına gələn bəlaya görə şikayət etməz. /Deyerler.org/ Oxşar xəbərlər
|