Valideyn üçün ən yaxşı dua və ən yaxşı əməl
Mьəllif: admin1
Tarix: 26-05-2021, 11:48
Valideyn üçün ən yaxşı dua və ən yaxşı əməl
Valideynin insandan razı olması dünyada olan taleyinə çox təsirlər qoyar. Övladın ruzisini artırar, pis ölümü ondan dəf edər və ömrünü uzadar. Əgər ata və ana insandan razı olarsa, Allah da razı olar.

Valideynlərin razılığını əldə etməyin ən yaxşı yolu onların haqqında – istər diri olsun, istərsə də dünyadan getmiş – dua etməkdir. Valideynlərimiz üçün edə biləcəyimiz ən yaxşı iş – onların yerinə tövbə etmək, xeyir işlər görüb savabını onlara göndərmək, onların yerinə sədəqə verməkdir.

Qurani-Kərim buyurur: Onlara yaxşılıq et və de: “«ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 24).

«Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!». (“İbrahim” 41).

«Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla”. (“Nuh” 28).

İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə”də belə dua edir: “Allahım, mənim hər namazımdan sonra, gecənin hər bir vaxtında, gündüzün hər bir saatında ata və anamı yadımdan çıxartma.

Allahım, Muhəmməd (s) və nəslinə salavat göndər, məni onların haqqında etdiyim dualara görə bağışla. O ikisini mənim haqqımda mehribanlıq və yaxşılıq etdiklərinə görə Öz məğfirətindən bəhrələndir. Mənim şəfaətimlə ondan razı ol, yaxşı razı ol. Onları əziz tut və behiştdə rahat yerlərinə çatdır.

Allahım, əgər onları məndən əvvəl bağışlamısansa, o ikisini mənim şəfaətçim qərar ver. Əgər məni onlardan əvvəl bağışlamısansa, məni onların şəfaətçisi qərar ver.

Mən, atam və anam Sənin lütfün sayəsində kəramət sarayında, Sənin rəhmət yerlərində bir yerdə olaq. Sənin böyük bağışlamağın və qədim nemətlərin vardır. Sən mehribanların mehribanısan”.

Valideyn üçün xeyir dua etmək üçün onların diri və ya ölü olması fərq etməz. Yəni, bir övladın vəzifəsidir ki, Allah dərgahında valideynləri üçün həmişə bağışlanma və xeyir istəsin.

İmam Sadiq (ə) buyurur: “Hansı şey mane olur ki, ata və ananıza dünyada olanda və ya öləndən sonra yaxşılıq edəsiniz? Onlar üçün namaz qılın, sədəqə verin, həcc yerinə yetirin, oruc tutun... Çünki Allah sizin yaxşılığınıza çoxlu xeyir verər”.

Bir nəfər Peyğəmbərə (s) deyir ki, mənə nəsihət ver. Həzrət (s) buyurur: “Sənə ata və ananı tövsiyə edirəm ki, onlara diri olanda və öləndən sonra yaxşılıq edəsən. Əgər sənə əmr etsələr ki, ailəndən və malından keçəsən – belə et. Çünki bu, imandandır”.

Beləliklə deyə bilərik ki, bir övladın valideyninə edə biləcəyi xeyir işlər bunlardır:

1. Ölən zaman qəza etdikləri vacibatları yerinə yetirmək.

2. Vəsiyyət etdiklərinə əməl etmək.

3. Ömrünün axırına qədər onları unutmamaq. Yəni, onlar üçün sədəqə vermək, onları niyyət edib müstəhəb əməllər yerinə yetirmək, onlara xeyir işlərin savabını göndərmək.

4. Valideyn üçün bağışlanma istəmək. Övlad valideyni üçün həmişə xeyir dualar etməli və Allahdan onlar üçün bağışlanma istəməlidir.

5. Ata və ananı yaxşılıqla yadıma salmaq. İnsan öz valideyninə öləndən sonra da hörmət etməlidir.

6. Onlara hörmət etmək, öləndən sonra belə. İmam Baqir (ə) buyurur: “Həqiqətən, bəndə ata və anasına qarşı həyatda olan zaman yaxşılıq edər.

Sonra onlar ölərlər və o, onların borcunu qaytarmaz. Onlar üçün bağışlanma istəməz. Allah onu ağvalideyn və itaətsiz kimi yazar. Ancaq başqa bəndə ata və anası həyatda olan zaman ağvalideyn olmuşdur.

Onlara yaxşılıq etməzdi. Dünyadan gedəndən sonra onların borcunu qaytarmış və onlar üçün bağışlanma istəmişdir. Allah Təala onu yaxşı əməl sahibi kimi yazar”.

Ona görə də əgər valideynləriniz həyatdadırlarsa, bacardığınız qədər onlara yaxşılıq edin və öləndən sonra da unutmayın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930