Uşaq tərbiyəsinə dair Quranın 10 göstərişi
Mьəllif: admin1
Tarix: 30-07-2019, 11:23
Uşaq tərbiyəsinə dair Quranın 10 göstərişi
Qurani-Kərim bizlər üçün daima hidayət çığarı olmuşdur.

Hər birimiz övladımıza düzgün tərbiyə vermək üçün can atırıq. Lakin bu yolda nə qədər müvəffəq olduğumuzu övladımız həddi-büluğa çatan zaman hiss edirik.

Qurani-Kərim bizlər üçün daima hidayət çığarı olmuşdur. Övlad tərbiyəsində də bizlərə doğru yolu göstərir. Müqəddəs Kitabımız uşaq tərbiyəsinə dair bizlərə 10 göstəriş verir. İslaminSesi oxucuları həmin göstərişlərlə tanış edir:

1. Uşaqla alicənab rəftar etmək. Quran mədəniyyətində insan Allahın yer üzərində olan xəlifəsidir. Ona görə də tərbiyənin əsl xəttində alicənablıq durmalıdır. Uşağın tərbiyəsində bu əsas mövzuya diqqət edilməldir. Quran bizlərə tövsiyə edir ki, övladlarımızı adları və nəsəbləri ilə çağırın ki, alicənablı olmaqları qorunsun.

“Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur)”. (“Əhzab” 5).

2. Həyanı təlim vermək. Quran valideynlərə buyurur ki, uşaqlarınıza kiçik yaşlarından həyanı təlim verin. Belə ki, uşaq əgər valideynin yataq otağın daxil olmaq istəyirsə, gərək icazə alıb sonra daxil olsun.

“Ey iman gətirənlər, sizin qullarınız və həddi-büluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir”. (“Nur” 58).

3. Dindarlığın üsulları ilə tanış etmək. Quran iman əhlinə xitab edərək buyurur: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6).

Bu ayəyə əsasən mömin ata və ana gərək ölvaldarına dini təlimləri öyrətsinlər. Onları dinin üsulları ilə tanış etsinlər.

“Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür».(Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir)”. (“Loğman” 13).

“İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»”. (“Bəqərə” 132).

4. Uşaqlara əhkamı öyrətmək. Valideyn dinin üsulları ilə yanaşı, övladına əhkamı da öyrətməlidir. Ancaq öyrətmək kifayət etməz, gərək onu yerinə yetirməkdə övladına nəzarət etsin. “Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et”. (“Taha” 132).

5. Uşağın rəyinə hörmət etmək. İsmailin (ə) qurban edilməsi dastanı bizlərə övladla məsləhətləməyin ən gözəl nümunəsini təqdim edir.

“Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!». Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)”. (“Saffat” 102-103).

6. Uşaqda məsuliyyət hissini gücləndirmək. O zaman ki, Həzrət Musanın (ə) anası körpənin qundağını suya atdı, qızına göstəriş verdi ki, qardaşını təqib etsin. “O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər)”. (“Qəsəs” 11).

Fironun xanımı onu tapan zaman süd anası axtarır və Musanın (ə) bacısı ona deyir ki, belə bir qadın tanıyır. “O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi?”. (“Taha” 40).

7. Uşağın oynamasına və əylənməsinə diqqət etmək. Uşağın oynamaq həvəsi onun fitrətinə qoyulmuşdur və valideyn qorxduğu və ya çox məşğul olduğu üçün gərək övladını bu işdən çəkindirməsin.

Uşaq oyun oynayaraq öz qəzəb, həmkarlıq, başqalarının haqqına riayət etmək kimi hisslərini kontrol etməyi öyrənir. O zaman ki, Yusifin (ə) qardaşları öz çirkin planlarını həyata keçirtmək istəyirdilər, Yusifin (ə) oynamağa olan meylindən sui-istifadə etdilər.

“Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq”. (“Yusif” 12).

8. Övladlar arasına fərq qoymamaq. Övladın böyüyən zaman əxlaq problemləri ilə üzləşməsinin səbəblərindən biri də valideynin övladlar arasında ayrı-seçkilik salmasıdır.

Həzrət Yəqubun (ə) Yusifi (ə) ifrat şəkildə sevməsi və bunu başqa övladlarının gözü qarşısında büruzə verməsi başqalarında həsəd hissini alovlandırdı.

9. Pis rəftar qadağandır. O zaman ki, Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdılar, atasına deməyə inandırıcı bir bəhanə axtarırdılar. Anidən atasının dediyi bu sözləri xatırladılar: “Dedi: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin»”. (“Yusif” 13).

10. Güzəşt etmək tərbiyə üsullarındandır. “(Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».

Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır»”. (“Yusif” 97-98).

Əgər uşaq öz səhvini boynuna alırsa, valideynin borcu onu bağışlamaqdır.

Allah Təala bizləri Qurani-Kərimin buyuruşlarını bilib, əməl edənlərdən qərar versin.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930