Bərzəx aləmində təkamül vardırmı?
Hələ qədim zamanlardan indiyə qədər filosofların arasında həmişə mübahisə amilinə çevrilən məsələlər arasında bu da vardır: Görəsən insan ruhu cismindən ayrıldıqdan sonra bərzəx aləmində təkamül edirmi? Bəziləri bu əqidədirlər ki, bərzəx aləmində təkamül etmək mümkün deyildir. Çünki təkamül üçün hərəkət lazımdır və insan da maddə olmadan hərəkət edə bilməz. Ona görə də bərzəx aləmində maddə olmadığına görə, təkamül də ola bilməz. Ancaq Molla Sədra kimi filosoflar belə hesab edirlər ki, bərzəx cismi həmin maddə hökmünü oynayır. Ona görə də insan bərzəx aləmində də öz maarifini artıra bilər və təkamül edə bilər. (Tebyan) Həzrət Musa ibni Cəfər (ə) bir nəfərə buyurur: “Dünyada qalıcı olmağı sevirsən?”. O şəxs imamət məktəbinin tərbiyəçisi olduğu üçün deyir ki, bəli. İmam (ə) soruşur: “Niyə?”. Həmin şəxs deyir: “Ona görə ki, öz sevimli surəm olan “İxlas”la məşğul olum”. İmam (ə) bir qədər sükut etdikdən sonra buyurur: “Əgər bizim davamçılarımızdan kimsə Quranı yaxşı öyrənməsə, bərzəx aləmində Quran ona təlim verilər ki, Sübhan Allah Quran mərifəti ilə dərəcəsini artırsın. Çünki behiştin dərəcəsi Quran ayələrinin qədərinə görədir. Qariyə deyilər: “Oxu və yuxarı qalx”. O da oxuyar və yuxarı qalxar”. Bərzəx aləmində əməl təkamülü üçün zəminə olmaz. İnsan bərzəx aləmində müstəhəb və ya vacib əməl görərək, dərəcəsini qaldıra bilməz. Ancaq elmi təkamülün yolu açıqdır. Bərzəx aləmində dini maarif və elminin bir çox gizli qapıları insanlar üçün aydın olacaqdır. Behiştin dərəcələri Quran ayələrinin sayı qədər olduğu üçün, ilk behişt əhlinə Quran təlim veriləcəkdir. Ancaq insan buna görə mükafat almaz, çünki mükafat yeri dünya idi. İnsan dünyada Qurana nə qədər yaxın olubsa, o qədər mükafat alacaqdır. Bərzəx aləmində öyrəndiklərinə görə deyil. Ona görə də hələ ki, fürsət var, Quranı dərk edək və onun ayələrini bacardığımız qədər öyrənməyə və əzbərləməyə çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|